Yazar.in xəbər verir ki, gənc rejissor ELŞƏN İSMAYIL bu dəfə öncəki filmlərdəki kimi milli-ideoloji deyil, tamamən fərqli bir mövzuya müraciət edərək yeni bir psixoloji filmi izləyicilərə təqdim etmişdir. Filmdə hadisələr baş qəhrəmanın etirafları və iç dünyasının qarmaqarışıq təzahürü əsasında təqdim olunur. Ailə-məişət, dostluq, sevgi, yalan və ikiüzlülük kimi, eləcə də peşmançılıq, özünütənqid, həyatdan bezginlik mövzuları da filmi əhatə edir. Filmin Operatoru ELÇİN İSMAYIL, Baş Məsləhətçi İRADƏ AYTEL, 2-ci rejissor TALEH URFANSOY, Baş prodüser TEHRAN RƏHİMOV, Ssenari müəllifi və Quruluşçu rejissoru isə Elşən İsmayıldır. Əsas rolları TEHRAN RƏHİMOV, CAHİD AĞAZADƏ, MLAN NESİBLİ, ŞƏLALƏ BABAYEVA ifa edirlər.
Film: