Öz gözündə oxu atıb,yay gizlədən,
Sözü -sözə qoşa-qoşa qeybət edən,
Ağılsızlıq,səhv eyləyib,sonra deyən,
Dünya lənət olsun sənə,niyə axı..?
Günahkar sən.Bu dünyanın nə günahı.
Allah bizə əqil verib şüur verib,
Bəndəsini hər bir şeydən üstün edib,
Göz verərək görə-görə çəkil deyib,
Pisliklərdən ,pis əməldən,günah axı ..
Nemətimiz Allahdandı şükür edək,
Siz eyləyin mən verəcəm deyib dilək.
Təqvamızı biz qoruyaq,əməl edək.
Nöqsanlardan uzaq olaq,vacib axı.
Əmməllərlə ölcüləcək əməlimiz,
Örnək olub,Həzrət Əli,Fatiməmiz,
Kərbəlada Hüseyintək şəhidimiz,
Ola -ola Siz gəzirsiz,dəmdə axı..?
Bu sözlərim boş boğazlı danışana,
Dünya yalan,söyləyib böhtan atana.
Dondan dona girib,özün aldadana,
Eylə Tövbə nə gərəkdi ,demək axı..?
Nəfsini islah eylə ,nəfsinin ağası ol,
Ağam belə buyurubdu çalış düz ol,
Fərqi yoxdu kişi qadın, gedəcək yol,
Axirətin haqq yoludur,insan axı..?
Uca ALLAh əl açıram sənə sarı,
Uzaq eylə yollarımdan şeytanları,
Ey bəşərin,ey dünyanın yaradanı ,
Bu gedişnən hara gedir millət axı.?
Bu suallar artıq məni qoymur yatam,
İstəyirəm yezitləri özüm qıram,
Keşkə gələ qədəminə qurban olam,
Harda qaldı gözləyirəm İmam axı.
Mən sevirəm ALLAH-ımı sidq ürəkdən,
Usanmaram,tükənmərəm bucür eşqdən,
Onun eşqi elə eşq ki,min bəndədən.
Üstün məncün bu sevdadan dönməm axı.
Dünya gözəl,Zaman ona nazlı yardı,
Yaşadıqca Seymur Sönməz bəxdiyardı.
Əsas olan bizim üçün O,Dünyadı,
Orda yoxdu riyakarlıq nöqsan axı.