Günahkar ya sənsən...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 11:31 21 fevral 2015 tarixində əlavə olunmuşdur

Günahkar ya sənsən...
Müəllif: Movlud Aqammed | 
Günahkar ya sənsən....

Açdın qönçə kimi ömrün bağında,
Bəsləndin ən uca könül dağında.
Məndən ayrı düşdün cavan çağında,
Günahkar ya sənsən,
ya da mən özüm.
***
Həsrət bir yay kimi belimi əyib,
Yayından çıxan ox daşlara dəyib.
Görüş yerimizdə qanqal göyərib,
Günahkar ya sənsən,
Ya da mən özüm.
***
Sevgi yollarına çıxan o gündən
Qurtara bilmədin yaxanı qəmdən.
Bir kömək gözləmə indi heç kimdən,
Günahkar ya sənsən
ya da mən özüm.
***
Sənin adın idi tək ürəyimdə...
Ayıra bilməzdi bizi ölüm də.
Mənə həmdəm gərək çətin günümdə,
Günahkar ya sənsən
ya da mən özüm.

27.06.1983.Zərdabi.(Mövlud Ağamməd)      


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+15=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.047 saniye