Günahsız günahkar
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 08:29 28 aprel 2015 tarixində əlavə olunmuşdur

Nərmin 9-cu sinif şagirdi idi. Həyat dolu, şən, gülərüz, bir qız idi. O günü dünən olmuş kimi xatırlayıram. Nərmin qarşımda dayanmış və mənə qonşularındakı bir oğlandan xoşu gəldiyini söyləyirdi.

Bizim bu söhbətdən bir həftə keçmişdi. Nərmin gəlib dedi ki, bəs həmin oğlan mənə sevgi elan edib. Nərmin sevincdən dəli olmuş kimi idi, ilk dəfəydi belə bir şey başına gəlirdi...

Bu hadisədən artıq bir ay keçmişdi, Nərmingilin qonşuluğundan bir qız mənə zəng vurub narahat səslə bərk-bərk tapşırdı ki, Nərmingilə gedim. Səsi çox təlaşlı idi. Mən tez evdən çıxıb onlara getdim. Qapını anası açdı, Nərminin evdə olmadığını əmisigilə getdiyini desə də inanmadım. Uşaq deyildim ki….

O dəqiqə nəsə bir qarışıqlıq olduğunu hiss elədim. Amma heç nə demədən də evə qayıtdım. Bir həftə Nərmindən heç bir xəbər ala bilmədim, telefonuna zəng çatmırdı, anası isə bizim görüşməyimizə mane olurdu. Nəhayət, Nərmin məktəbə gəlməyə başladı. Mən onu görəndə təlaşlandım, rəngi solmuşdu. Yanına yaxınlaşdığımdan bir neçə saniyə sonra o, artıq məni qucaqlayıb ağlayırdı.

Onun qardaşı onun qonşularındakı oğlanla olan münasibətini öyrənib və Nərmini döyüb.

“Axı o nə biləydi ki, bacısı belə xoşbəxtdi”.

Ailəsi telefonunu əlindən alıb, həyətə çıxmağı, dostlarla nəinki ünsiyyət qurmaq, salamlaşmağı belə qadağan edib. Ailəsi Nərminə sevməyi qadağan edib.

Ailə üzvləri evdə Nərminlə danışmır, hətta anası da ondan üz çevirmişdi. Sanki Nərmin böyük bir səhv eləmişdi.

Bu, bizim Nərminlə son görüşümüz oldu. O, bu olanlara dözə bilmir. Həyatının ən çılğın vaxtlarını yaşayan o yeniyetmə intihar edir...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+8=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0244 saniye