Gündəlik
Mirvari Sırğalı qız tərəfindən "Müsahibə" bolməsinə 02:11 20 iyul 2018 tarixində əlavə olunmuşdur

Həddindən artıq isti keçən bir yay gecəsi , hələ təmiri tam bitməmiş 9 mərtəbəli binanın 9cu mərtəbəsində kürəyimi üzəri növbənöv ingilis dili kitabları ilə dolu olan çarpayıya kürəyimi söykəyib, nə qədər də şüallarının mənfi effektindən danışıb məni heç vaxt tək buraxmayan kompyuterimi dizimə qoyub ağlayaraqdan yazıram bunları.Niyə yazıram , onu dəqiq bilmirəm və bəlkə yazının sonunda biləcəm.Amma dəqiq deyil bəlkə. Bəlkə də hal-hazırda keçirdiyim hissləri biriləri ilə bölüşmək istəyirəm, məni tanımayan və hal-hazırdakı zəif durumumu gələcəkdə başıma vurmayacaq biriləri ilə.Sevgilisindən ayrılımış(hələ tam olaraq ayrılmasına belə əmin olmayan) ,universiteti təzəcə bitirib bunun sevincini yaşamaq əvəzinə diplomunu ala bilməmək düşüncələri ilə özünü didib bitirən, qarşıdakı məqsədi təhsilini hal-hazırdakı durumda mümkün olması möcüzələrin ötəsində olan bir ölkədəki universitetdə(burda ölkəyə möcüzələrin ötəsindəki ölkə demək istəmişdim amma mənə görə möcüzələrin ötəsindəki ölkə də hesab edilə bilər bəlkə. Yox bəlkə yox. Dəqiqliklə) oxumaq olan və hal-hazırdakı vəziyyəti nəzərə alsaq xoş olmasının yanında boş olmasını da qeyd etmək lazımdır ki, çox cəfəng bir arzusunun reallaşacağına inanan,  beynində mübarizə aparan ikili şəxsiyyətə görə həyatı boyu pis vəziyyətdə qalan biri olaraq yazıram bunları.Mənasız gələ bilər sənə əziz oxucu bunları yazmağım və bəlkə də, bəlkə deməyək elə böyük ehtimal mənasızdı bu yazdıqlarım .Amma məni tanı istədim. Danışmaq istədim heç vaxt məni görüb tanımayacaq birinə, zəifliklərimdən istifadə edib alçaltmayacaq birinə danışmaq istədim sadəcə.Çünki hal-hazırda dibdə hiss edirəm .Ən dibdə. Bu, maddi olaraq hələdə kəşf olunmayan elə bir dərinlikdir ki,  çıxılması mümkün deyil. Bəzən bir az yuxarıya dırmaşmağa cəhd edirsən və bir az çıxdığını düşündüyün halda yıxılaraq dəyirsən yenə dibə və ağrılarla mübarizə aparmağa başlayırsan.Mən o ağrıları unutmaq istəyirəm artıq və yenidən cəhd etmək. 

Ən pisi bilirsiz nədir ? İnsanın bircə dənə də olsa sirdaşı olmazmı? Yəni bir çətin anında axtarıb ağlaya biləcəyi, hər şeyi deyə biləcəyi. Yoxdur yəni. Yəqin ki, layiqik buna ki yoxdur başqa açıqlaması ola bilməz 11 il məktəb, 4 il universitet oxu və həqiqətən çox yaxın bildiyin birilərinin əslində nəqədər uzaq olduğunu indi anla . O ən dibdə hiss etdiyin anda sənə birinin uzadacağı ip belə -əl demirəm çünki bəlkə insandı düşünər ki onun əlindən tutub öz düşdüyüm dərinliyə salaram.Yəni bir ip belə çoxmu çətindir atmaq. Yəni 21 yaşında olan birinin başqa birindən kömək gözləməsi necə zavallıcadı. Necə də zəifləşərmiş insan, ehtiyac duyarmış .Qınanılsın məncə! Qınanılmalıdı 100-də 100.

Ərgənlər kimi yazıram bəlkə.Amma demək istəyirəm.Qoy ərgən olum. Belə hiss edirəm.Gizlətmək istəmirəm artıq .Bir tanışım demişdi ağıama heç kimin yanında, ya istifadə edəcəklər düşdüyün vəziyyətdən , gələcəkdə başına vuraraq, ya da kədərinə sadəcə sevinəcəklər. O deyəndən sonra etməməyə çalışdım .Nə də olsa güclü qadın obrazı yaratmaq idi məqsədim.O reputasiya yerlərdə ola bilməzdi axı.Bir az ağıllı olmaq lazım idi. Hisslərini gizlətməliydin, davranışlarını olmadığın kimi etməliydin.Amma olmadı görürsüz.Qorxaqcasına öz hisslərini öz adı ilə yazmağa belə çəkinən biri kimi. Bu arada unutmadan, profilin adı ilə hayatımdakıları bağlayan heç bir əlaqə yoxdur :)

 Dəyişmək istəyirəm bu mənasız xarakteri.Məqsədyönlü olacaq imişəm bu gecədən sonra . Axı biz İELTS almalıyıq yalnız budur nicat yolumuz. Niyə yolum yox yolumuz, çünki, bu bir insanın xəyalı deyil! Bu bir ailənin xəyalıdır. Bəlkədə gülməli gələ bilər sizə gülün , gülün. Amma sizin üçün adi görünəcək bir şeylər bir çoxları üçün əlçatmaz bir yüksəklikdir. Amma bacara bilərikmi? Bacara bilərik möcüzə sayəsində. Yox məncə möcüzənin yanına məqsədyünlülük və zəhməti də qoysaq kənarlaşdıra bilərik bu mənasız möcüzə anlayışını.Bacarmaq lazımdır artıq. İllərdir ürəyimdə bəslədiyim o xəyallarım bir bülbül təki qanadlanıb uçmaq, uçmaq istəyirdi ki, qanadlarını sərt şəkildə bir pəncərəyə çırparaq yaralayıb.O yaraları sağaltmaq və bülbülün  uçmasına yardım etməliyəm. Bu qədər illər boyu verilən əmək, onu qorumağın bir sonuçu olmalıdır. Bu xəyal uçacaq. O ölməyəcək və ölməməsi üçün vicdanım qarşısında söz verirəm SƏN UÇACAQSAN, İNAN MƏNƏ !


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+13=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0254 saniye