Zaman azalır, boşuna gedir həyat, qocalıram deyəsən. Həmişə bir möhtəşəm dost arzu etmişəm, mənim dərdimi məndən öncə biləcək biri. Həmişə bir müəllim arzu etmişəm ki, mənə bilmədiyim şeyləri öyrətsin amma lazım olanlardan. Həmişə bir sevgi arzu etmişəm, Məcnunun Leyliyə olan sevgisindən daha çox özünü mənə sevdirsin. Zamanla şair, yazıçı, proqramist, ssenarist, gitarist və ya pianist olmaq kimi arzularım olub. İndi isə heç nə istəmirəm, sadəcə bu möhtəşəm arzularımı getmək, ölmək, yox olmaq kimi sadə söz birləşmələrindən ibarət arzular əvəz edib. Sadəcə yox olmaq. Hə bu daha yaxşıdır. Əgər kimsə varsa mənə yaxşılıq etmək istəyən, məni bu ölkədən aparsın, bir daha qayıtmayım. Birdəfəlik. Həmişəlik. . . !