Gündən günə artır qəmi-möhnət,
Çəkdim yenə hicran,yenə həsrət.
***
Həqdən diləyim tək budu olsun,
Bir gün səni görmək mənə qismət.
***
Oldum sənə mail,xəbərin yox,
Rahət ola bilməm qəmə nisbət.
***
Yandım şəmə pərvanə yanantək,
Sənsən pənahım,yar,mənə rəhm et.
***
Çün eşqi günah saydı, günahlar,
Tərk etmədi, Mövlud, səni, əlbət.
25.03.2015.Zərdabi.Mövlud Ağamməd.