Günel Türkbaycan -- Ürəyimlə Söhbət
Nicat Həşimzadə tərəfindən "Hekayə" bolməsinə 20:18 27 aprel 2014 tarixində əlavə olunmuşdur

Hər zaman yanimda "ürəyim" olub.Kədərdə,qəmdə,aci hekayələrimdə.Hər dəfə əlimə bir qələm və kağız parçası alıram "ürəyimdən" yazim deyə sanki mürəkkəb bitir vərəq islanır hecnə yaza bilmirem."Ürəyimin"sözləri çoxdur amma dilimdə donur,əlimdə qələm qarşımda vereq birdə baxıram ki, saatlar ötürb keçib amma vərəqim pəncərədən əsən meh ile bir küncü qalxır enir,qələmim isə düşündüyüm vaxt stolla vuraraq "nöqtələyərəq" sonlandırır yazimi..."Ürəyim" axı niye belədir?Niye dərdini mənə anlatdığın kimi mən başqasına anlada bilmirəm...Niyə yayda isti və gözəl, qışdaysa soyuq və kədər dolu olursan?Niye bu qədər əzab çəkirsən?Niyə bu qədər incinirsən?Bəs niyə ölmürsən?Niyə əzab çeksəndə döyünürsən?...Dayan!!!Sənlə birgə yaşayan cisminidə al get!.. Yarandığın yerdə qal-"qara torpağda" .Ört üstünü yaradınğın torpaqla,möhkəm ört qışda isti yayda kölgə olsun...İlk dəfədir səni düşünürəm... Sən mi,mənə əzab çəkdirirsən yoxsa mən mi səni bu dərdə saliram?.."Ürəyim" düşünürəm siləcəm qara ləkələrini cəhd edirəm amma ləkələr ilk öncə kiçilir "nöqtə"qalır silsəmdə getmir, sonra çarəsiz xəstelik kimi yenə yayılır bütün vücüduma və təkrarlanır bunlar.Axı niyə?Bir gün xoşbəxtlik bizədə gələr mi?Çox yox,heç olmazsa qonaq gəlsin... Nə olacaq?Heç düşünmüsən?Mən düşünmüşəm, tapmışam saxta insanlarla saxta gülüşlər yaradacağam.Səni hemişə əyləndirəcəyəm daha mən sənə əzab çəkdirməyəcəyəm...Amma...Söz ver ürəyim səndə "sağalacaqsan" daha o ağır xəstəliyi keçirməyəcəksən !!! Buda sondur "sən mən" ya yaşayacıq ya öləcik !!!


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+32=
Hesaba giriş
Müəllif

Nicat Həşimzadə
Haqqında
gənc yazar , 
Əlaqə
Tel.:
0518589780
E-mail:
nicat_shair@box.az
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0229 saniye