Gecə telefonda,
başımı başına söykəyib,
dərdlərindən aldığım payımı
başımın altına qoyub,
səsindəki təbəssümə bürünüb,
ümidimi qucaqlayıb yatdım.
Qoparıb ruhumu bədənimdən
sənə sarı gəldim.
Sevginlə məst idim bir az dumanlı...
Əllərim uzalı qalmışdı saçlarına gecə gözlüm...
Ümidlərim qucagı boş qayıtmışdı qoynuma.
Bu gecə də telefondan
nefes kimi asıldım.
Günəş yavaş yavaş əritdi gecəni.
Geriyə bir nağıl qaldı gecədən...