Günəşin düşmədiyi odalar...
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 03:00 24 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Günəşin isitmədiyi otaqlarda üşüyən adamlar yalnızlığa məhkum olunmuşlardır!

 

Pərdəsi çəkilmiş otaqda
üşüyən adamlar var -
çılpaq, divardan asılmış
rəngli çərçivəyə salınmış
adamlar...

Günəşin düşmədiyi bu odada
buz kəsilmiş qəlblər var
çılpaq, sevgisiz
mərhəmətdən çox ötədə...

Sərin duyğular var
bu qaranlıq çökmüş dörd divar arasında
Və ümiddən tükənmiş arzular yatır
döşəksiz yatağın quru taxta qucağında...

 

Aysel Abdullazadə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+8=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0275 saniye