Güney kimisən
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 20:38 05 yanvar 2021 tarixində əlavə olunmuşdur

Dilləndi içimdə lal olan sevinc
Nə vaxtdır gəzirdi soraqlarında
Bir anlıq inandı sadəlövh könül
Yetəcək sonuna qayğıların da

Dayanıb həyatın büsat yerində
Vaxt susub, donubdur saat yerində
Könlümdə həsrətin fəsad yerində
Çal-çağır qurmusan yas mağarında

Bilmirsən şövqünü səni görməyin
Sığışmaz ağlına, duymaz ürəyin
Gəzişin eynidir, baxışın həmin,
O xəfif gülüş də dodaqlarında

Bürüyüb dumanlı düş gözlərimi,
Sən uzaq bir ada, mən, sanki, gəmi
Böyükşor qoynuna alacaq məni
Üzəcəm yüksələn dalğalarında

Lazım da bir naşı ömür düzəldən,
Qəlbdən dost tuturam, üzülür əldən
Sən güney kimisən mənə əzəldən
Mənləsən, fəqət ki, fəraqlarında


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+9=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0226 saniye