Guş qıl ey arif həmdəm, dövri-ləçər qiybət qılır,
Hər yerindən duran naqis ariflərə qiymət qılır
Ol dəmdə ki, qarğa sandı özün bülbül, xoş halına
Gerçək bülbül çəmənində avazına nifrət qılır
Bir zillətə tuş gəlincə ardı-sıra susmaz, müdam
Bayquş ular qulağında, nakamlarsa ləzzət qılır
Ol arif ruhu anmayıb boş qafayla dirənmişsə,
Olma bikef, heyhat şair, təmiz ruha həsəd qılır
Susar çaqqal, mırıldansa, aslan durub güzarında
Çün təbiət ol çaqqalın avazını kasad qılır
Şair gərçi umar həya, təvazödən boş danışmaz
Gər sükutdan boşboğazlar laqqırtıya fürsət qılır
Lazım, ilaqırdı olsun naqislərin hər tənəsi,
Şair haqqı, naqis isə öz nəfsini məqsəd qılır