Güzgüdən xoşbəxtlik
Murad tərəfindən "Hekayə" bolməsinə 20:49 22 avqust 2014 tarixində əlavə olunmuşdur

Ağır addımlarla güzgü qarşısına keçdi. Əslində rahat olduğu qədər də çətin idi onun üçün. Sanki uzun zamandan sonra ilk dəfə idi öz əksinə baxırdı. 40 yaşı dünən tamam olmasına baxmayaraq sanki 60 yaşında biri kimi idi. Daxili cavan olsa da xarici çoxdan qocalmışdı. Vaxtından tez ağarmış saçlar, qırışmış dəri, göz altına enmiş çuxurlar onu daha da baxımsız edirdi. Həyat görünür onu çox qocaltmışdı. Əslində özü də bunun fərqində idi.

Hər gün evinin mərkəzində yerləşdirdiyi bu güzgüdən özünə uzun-uzun baxar və yaşadıqları barədə düşünərdi. Bəlkə də həyatda xoşbəxt olduğu an yalnız güzgüdən öz keçmişini görüb düşündüyü anlar olurdu. O, yenə də güzgü qarşısında öz əksinə baxırdı. Güzgüdən arxada stolun üzərindəki oyuncaq maşın diqqətini çəkdi. Gözlərini iri açaraq həmin maşına baxmağa başladı. Atasından aldığı ilk hədiyyəni hələ də saxlayırdı. Göy rəngdə olan bu oyuncaq maşın onun üçün uşaqlıq illərindəki ən gözəl oyuncağı idi. Xatırladı... Atasını xatırladı... Onunla oynadığı oyunları, hər həftənin sonu balıq tutmağa getdiklərini xatırladı... Axı necə unuda bilərdi? Güzgüdəki əksindən göz yaşı axmağa başladı. Əllərini gözlərinə gətirəndə isə göz yaşları yox idi. Ancaq güzgüdəlki əksi getdikcə daha da çox göz yaşı axıdırdı. Düşündü... Atasının ölüm ayağındakı sözləri gəldi ağlına.

 `Oğlum artıq getməliyəm, vaxtdır. Unutma hər zaman yanında olacam`.

 Atası sözlərini tutmuşdu. Öldüyü gündən sonra onu heç yalnız buraxmadı. Hər dəfəsində onunla bir oldu. Xoşbəxt və acı dolu günlərində adətən onun sevincini ve kədərini paylaşdı. Oğlunu buraxmadı.

Güzgüdəki əksi indi daha da çox göz yaşı axıdırdı. Sağ tərəfindəki jaketi gözünə görsəndi. Kobud əlləri ilə həmin jaketi götürdü. Anası onun üçün toxumuşdu. Jaketi əyninə geyinərək güzgüdəki əksinə baxdı. Sanki uşaqlıqdakı görüntüsünə qayıtmışdı. Göz yaşları getdikcə daha da çox axmağa başladı. Anasını xatırladı... Onu ilk dəfə əllərindən tutaraq bağçaya apardığını, ilk dəfə ana deyərək ağladığı günləri xatırladı... Özü də ağladı. Hıçqırıqlara boğularaq ağladı... Darıxdığını hiss elədi.... Anası üçün darıxırdı... Çox darıxırdı. Əynindəki qara rəngli jaket demək olar göz yaşına bürünmüş kimi oldu. Daha sonra anasının intiharını xatırladı. Bu onu daha da pis etdi. Şizofren idi. Bəli, şizofren. Ağlı hər ötən gün daha da pisləşirdi son anda dəli olmuşdu. Ətrafında gördüyü qorxunc ruhlardan cana gəlmiş anası çarəni intiharda tapmışdı. O, həmin qaranlıq günü-otağa girərək anasının özünü asdığını xatırladı. Hərəkətsiz bədən tavandan asılı vəziyyətdə idi. Ancaq həmin məna dolu gözlər hələ də açıq idi. Ən pisi isə o gözlər hələ də oğluna baxırdı. Sanki `öldüyüm üçün məni bağışla` deyərcəsinə oğluna baxırdı. Güzgüdəki əksi əlləri ilə üzünü tutaraq ağlayırdı. Hıçqırıqlar içində boğulmuş kimi idi. Ancaq özü sakit formada güzgüdəki əksinə baxırdı.

 Qarşısındakı rəfdə sevimli kitabını gördü. Bunu ona bacısı almışdı. Əslində kitabları çox olsa belə bu kitab onun üçün daha əziz idi. Bacısını, onu necə sevdiyini xatırladı. Bacısının gözəlliyi gözünün qarşısına gəldi. Və o günü xatırladı. Maşın ilə trasda getdikləri həmin qəza gününü... Daha sonra qorxunc qəzanı yadına saldı. Özü birtəhər sağ çıxmışdı əslində bacısı da sağ çıxmışdı ancaq beyni ciddi zədə görmüşdü. Bir vaxtdan sonra yaddaş pozğunluğu başladı. O, isə bacısının yanından bir dəqiqə olsun belə ayrılmadı. Zaman ötdükcə bacısında yaddaşsızlıq daha da irəlilədi və elə bir an oldu ki, qardaşını xatırlamadı. Bəli onu xatırlamadı. Bacısı Üzünə baxaraq `sən kimsən?` dediyi günü yadına saldıqdan sonra güzgüdəki əksi diz üstü yerə çökərək daha da pis ağlamağa başlamışdı. Özü isə sadecə əksinə tamaşa etməklə yetinə bilirdi. Daha sonra bacısının yaddaşsızlığı irəlilədi və elə bir vaxt gəldi ki, bacısı özünü belə unutdu və itkin düşdü. Bəli, itkin düşdü. O, hələ də bacısından xəbər ala bilmir. Ölü və ya sağ olduğunu belə bilmir.

  Güzgüdəki əksi hal-hazırda hıçqırıqlarla ağlayan zaman o sadecə əksinə baxmaqla yetinirdi. Əksi əynindəki paltarı cıraraq əynindən çıxartmağa başladı. Vəhşi kimi əynindəkiləri çıxardırdı. O, isə sakitcə güzgüdən əksinə baxırdı. Daha sonra əlini cibinə ataraq qırmızı kağızda yazılmış `Səni sevirəm` notunu çıxartdı. Həmin nota dəfələrlə baxdı və iri hərflərlə yazılmış `səni sevirəm` sözünü dəfələrlə oxudu. Sevgilisi yadına düşdü. İlk sevgisi. Həmin an o keçmişə qayıtdı. Sevginin əslində nə demək olduğunu bildiyi anlara qayıtdı. Çox sevirdi... Həyatında ilk dəfə bu cür sevgi ilə qarşılaşmışdı. Daha sonra yenidən bədbəxtçilik baş verdi həyatında. İlk dəfə həkimdən qızın xərçəng olduğunu öyrənəndə gözlərindən yaşların necə axdığını hələ də xatırlayırdı. Boğularaq ağladığı həmin gün sevgilisinə heçnə bəlli etməmişdi. O vaxtdan sonra onun yanında həmişə olmuşdu və qız öldüyü günə qədər xəstə olduğunu anlamamışdı. Qəbr daşını öpdüyü an isə artıq həyat onun üçün bitmişdi.

Güzgüdəki əksi demək olar çılpaq formada ona baxırdı. Göz yaşları hələ də axmaqda davam edirdi. Bədəni qırmızı ləkələrlə örtülmüşdü. Əksi qışqırmağa başladı. O, isə sakitcə bu mənzərəni izləyirdi. Daha da bərk qışqırmağa başladı. Sanki yaşadığı bu həyata və Tanrıya üsyan edirdi. Qışqırıq səsləri elə göz yaşına qarışan zaman güzgü çatlamağa başladı. Getdikcə güzgü daha da çox çatladı. Güzgüdəki əksi isə diz üstə yerə çökmüşdü. Ağzından qanlar axırdı. Sinəsi sanki açılaraq içindən ruhu yavaş-yavaş çıxmağa başladı. O, güzgüdə gördüyü mənzərədən qorxaraq bir qədər geri çəkildi. Ruhu isə havayф doğru qalxmağa başladı. Ən pisi isə ruhu səmaya qalxan zaman üzündəki gülümsəmə unudulmaz idi.

 Güzgüdəki əksi artıq gözlərini yummuş və yerə çökmüşdü. Güzgü isə sınmış formada idi. O, hələ də ilk andakı kimi güzgüyə baxırdı. Görünür öz əksinin güzgüdən xoşbəxt olduğunu görmüşdü. Əslində nə baş verdiyini özü belə alamırdı. Güzgüdəki əksi isə cansız formada yerə uzanmışdı. Ən pisi isə qanlara bürünmüş çılpaq formada uzanması idi..

 Qapının döyüntüsü onu daha da həyəcanlandırdı. Döyüntünün ardından qapı yavaşca açıldı və qorxunc bir səs danışmağa başladı.

 Vaxtdır artıq, gedək!


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+27=
Hesaba giriş
Müəllif

Murad
Haqqında

Əlaqə
E-mail:
murad.ramazanov.66@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0436 saniye