HACI ARİF BUZOVNALIDAN TƏXMİS
İlkin Abbas tərəfindən "Şeir" bolməsinə 00:17 24 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Gəlməz əfsus gözəlim, səndəki vicdan yerinə,
Canı min bir dəfə verdim sənə ehsan yerinə,
Sevmədin heç məni qoydun belə düşman yerinə,
"Sənə təslim elədim nəfsimi iman yerinə, 
Sənin eşqindi vücudumda axır qan yerinə".


Gecələr sübhə qədər qəlbimi hey dağlamışam,
Xatirə dəftərini xeyli açıb bağlamışam, 
O qədər həsrətin ilə gecələr ağlamışam,
"Qədəmin dəydiyi torpağı yığıb saxlamışam,
Çəkirəm nuru gedən gözlərə, dərman yerinə".


Sevmişəm mən sənə sevdamı da bərk eyləmişəm,
Səni baş tacı bilib min dəfə ərk eyləmişəm,
Sənə aiddi ürək, mən bunu dərk eyləmişəm,
"Mən sənin eşqinə adəmliyi tərk eyləmişəm,
Nola bir kimsə məni qoymasa insan yerinə?"


Məcnun çəkib gözünə səhrada Leyla şəklin,
Hansı rəssam çəkəcək qəlbimə sevda şəklin,
Qəlbimin gülü solub, alıbdı səhra şəklin,
"İstəsən çəkmək əgər rəsmə bu dünya şəklin,
Çək mənim gözlərimin əksini ümman yerinə".


Getmisən, qəlbimi mən həsrət ilə közləyirəm,
Hara qoydunsa qədəm, kölgən olub izləyirəm
Barı xəyalıma gəl, getmə ki sənsizləyirəm,
"Yazmışam kipriyinə namə, cavab gözləyirəm,
Bağrımın başını qeyd etmişəm ünvan yerinə".


Qəlbimi tərk eləyibdir mələk adlı sakin,
Ürəyim dad eləyir bax yenə qəmgin-qəmgin,
Qəlbə hakim kəsilibdir gözəlim, ol sevgin,
"Çək qılınc qaşları, çatdır sona eşqin həccin,
Sənə qurbandı bu can, kəs məni qurban yerinə".


İlkinin gözlərini özgəsi silməz, Arif,
Cəfayi çəkməyən eşq qədrini bilməz, Arif,
Gözüm ağlar qalacaq, bir daha gülməz, Arif,
"Nalə-fəryad ilə yar insafa gəlməz, Arif,
Dilkeş üstündə elə, zümzümə, əfqan yerinə".


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+28=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
ilkin.abbas.90@hotmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0253 saniye