Hakimiyyətin 48 Qanunu - The 48 Laws of the Power
Elnur Əzizov tərəfindən "Digər yazılar" bolməsinə 16:14 14 avqust 2014 tarixində əlavə olunmuşdur

İtalyan astronom və riyaziyyatçı Qalileyin Yupiterin peyklərini kəşf etməsini, General Otto von Bismarckın alman milli birliyini qurmasını, məşhur fransız kralı 14-cü Louisin bütün dəyişikliklər fonunda səssiz qalmağını, şahmat çempionu Boris Spasskynin rəqiblərini qeyri-adi şəkildə məğlub etməsini, Məhəmməd Əlinin boks taktikalarını başa düşmək olduqca çətindir... Bütün bunlar güc oyununun görünməz tərəfi-strategiya ilə bağlıdır...
Sun-Tsunu "Müharibə sənəti" əsəri ilə müqayisə edilir və Machiavellinin "Şahzadə" əsərinə mövzu olaraq yaxındır.

Bu qanunlar, hakimiyyət haqqında yazılmış ən mənəviyyatsız, qalmaqallı, təkəbbürlü və ən doğruçu qanunlardır. Özü də hakimiyyət deyəndə, müəllif prezident hakimiyyətindən tutmuş, gündəlik həyatda, ailədə hakimiyyətə qədər hər birini nəzərdə tutur. Bu qanunlarla tanişlıqdan sonra, siz "kiçik" rəhbərlərin və "böyük" hökmdarların sözlərinin və hərəkətlərinin arxasında hansı motivlərin durduğunu asanlıqla başa düşəcəksiniz.

1.Heç vaxt özündən yüksəkdə duranları kölgədə qoyma - onları olduqlarından daha dəyərli olduqlarina inandır.
2.Dostlara hədsiz inanma, düşmənlərdən istifadə etməyi bacar.
3.Fikir və planlarını heç vaxt, heç kəsə bildirmə.
4.Həmişə ehtiyac olduğundan daha az danış, danişanda da elə et ki, dediklərinin çoxu anlaşılmaz olsun.
5.Ad-sanından çox şey asılıdır - onu, həyatın bahasına da olsa, qoru.
6.Kütlə içində itib-batma - həmişə diqqət mərkəzində ol.
7.Başqalarını sənə işləməyə məcbur et və başqalarının əməyindən bəhrələn.
8.İnsanları, ilk növbədə düşmənlərini özunə yaxınlaşdır.
9.Qələbəyə sözdə yox, işdə nail ol.
10.Bəxti gətirməyən adamlardan uzaq dur - onlar infeksiya kimi yoluxdurucu olur.
11.Insanları səndən asılı vəziyyətə sal.
12. Qurbanınızı silahsız buraxmaq üçün alicənab və düzgün seçimlər edin.
13. Kömək istəyərkən, insanların çıxarlarına görə təşəkkür edin, mərhəmət və minnətdarlıqlarına görə yox.
14. Dost kimi tanının, casus kimi işləyin.
15. Düşməninizi tamamilə əzin.
16. Hörmət və şərəfinizi yüksəltmək üçün yoxluqdan istifadə edin.
17. Hər şey hava kimi gözlənilməzdir fikri ilə ətrafdakılara şübhə altında baxın.
18. Müdafiə olunmaq üçün qalalar tikməyin- ayrı düşmək təhlükəlidir.
19. İşinizin kimlə əlaqəli olduğunu bilin- başqalarını təhqir etməyin.
20. Heç kəsə inanmayın.
21. Sadəlövhdən faydalanmaq üçün sadəlövh roluna girin.
22. Təslim olmaq taktikasından istifadə edin-zəifliyi gücə çevirin.
23. Gücünüzü birləşdirin.
24. Yaxşı polis roluna girin.
25. Özünüzü yenidən yaradın.
26. Əllərinizi təmiz tutun (kirlətməyin).
27. Başqalarının sizə qulaq asması üçün onların inanmaq ehtiyacından istifadə edin.
28. Cəsarətli olun.
29. Hər şeyi axıra kimi planlaşdırın.
30. Uğurlarınızı  böyük olmayan zəhmət hesabına başa gəlmiş kimi təqdim edin.
31. Fikirlərini idarə edin: Sizin dağıtdığınız kartlarla oynasınlar.
32. İnsanların fikirləri ilə oynayın.
33. Hər kəsin zəif nöqtəsini kəşf edin.
34. Özünüzə diqqət ayırın.Kral kimi qarşılanmaq üçün kral kimi hərəkət edin.
35. Hər şeyi vaxtında edin.
36. Sahib olmadıqlarınızı dəyərsiz görün. Bu  ən yaxşı intiqamdır.
37. İnsanların diqqətini özününzə yönəldin.
38. Özünüz kimi fikirləşin, başqaları kimi hərəkət edin.
39. Balıq tutmaq üçün suları qarışdırın.
40. Havayı yeməklərə fikir verməyin.
41. Böyük insanların ayaqqabılarını geyməyin.
42. Çobanı vurun, qoyunlar səpələnəcək.
43. Başqalarının ürəkləri ve beyinləri üzərində işləyin.
44. Əllərini-qollarını bağlayın, güzgü oyunu oynayın (düşmənin etdiklərini etsən, strategiyanı başa düşməyəcək).
45. Dəyişiklərin lazım olduğunu yaddan çıxarmayın, amma böyük dəyişikliklərdən çəkinin.
46. Heç vaxt ideal görünməyin.
47. Hədəflərinizdən yüksəyə çıxmayın, nə vaxt dayanmaq lazım olduğunu bilin.
48. Dəyişin.


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+14=
Hesaba giriş
Müəllif

Elnur Əzizov
Haqqında

Əlaqə
E-mail:
elnurazizov90@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0344 saniye