"Halal Süd"
Gulay Esed tərəfindən "Digər yazılar" bolməsinə 19:53 10 mart 2014 tarixində əlavə olunmuşdur

“Ev qızı?! “ Hamıya tanış olan daha doğrusu az – çox hamının qulağına dəyən birşeylərdən cızmaqara düzəltdim .Çox çürüdülmüş qaracızma olduğunu bilirəm amma yenə də yazmaq istədim, gördüklərimi və görünməyən tərəflərdən çıxardığım nəticəni. Bunu yəqin ki, hamı eşidib “ev qızı” mən buna azacıq əlavə edəcəm “mal ev qızı’ ona görə yox ki, mal –qaranı dəyərsiz hesab edirəm ona görə ki,oların da necə deyəllər dili var ağzı yoxdu – yeyillər, doğurlar,süd verirler... Mən “mal” əlavə elədim amma başqa sözlər əlavə edənlər var, bunları yəqin ki, hamı hansısa yazılarda, tv verilişlərində, “qeyrətli bratlar”ın dilindən eşidib “namuslu ev qızı”,”tərbiyəli ev qızı”,” halal süd əmmiş ev qızı”,”ağır ev qızı”..... siyahını təsəvvür imkanlarınıza görə uzada bilərsiz.. Bəzilərimiz ciddi-ciddi reaksiya vermişik, bəzilərimiz sadəcə istehza ilə gülüb keçmişik, bəzilərimiz isə qulaq ardına vurmuşuq bu ifadəni eşidəndə(görəndə). Amma nə qədər təəssüf dolu olsa da zehniyyətimizin backgroundunda ev qızı ifadəsini doğru olduğunu təsdiqləmişik. Bu təsdiq daha çox əks cinsin nümayəndələri tərəfindən dəstəklənib. Niə də yox?! Axı bu ki sərfəlidi ... Bu tiplərin hamsı bir birinə bənzəyən keyfiyyətlərə malikdir. Məsələn…məsələnə keçməmişdən əvvəl deyim ki, indi yazacaqlarımı nəzəri bilik əsasında yox “praktiki təcrübə” əsasında toplamışam yəni oxuduqlarımı yox, gördüklərimi yazacam, bu “mallar”ın bir biriylə oxşar tərəfləri çoxdu. Ümumiyyətlə heç bir fikri olmayan, “böyük sözü”ndən çıxmayan, evə yad adam gələndə ortalıqda görünməyən, dərdi - səri paltar, qonşunun qızının toy mərasimi, Kifayət xalanın oğlunun hər gün tinin başında bu qızı həyacanlandıran sevgi sözatmalarından təsirlənərək, ağlaşmalı musiqilərə qulaq asmaqla gününü keçirmək, toylarda az yemək ya da heç nə yeməmək (diyeta ilə əlaqələndirməyə çalışmayın), kamera yaxınlaşanda başı aşağı dayanıb emosiyasız-mimikasız-lom sifət almaq ,oynamamaq- oynamaq istəsədə ağır ev qızı obrazından çıxmamaq və.s və.s və.s Evləndikdən sonra hər cür təhqirə, döyülməyə sinə gərmək, cəmiyyətdə öz xələl gəlmiş “qürur”unu daha da aşağılatmamaq üçün “ərimdi döyər də, sevər də”, “kişi di dəə necə olmalıdı ki?!”,”döyməyinə- söyməyinə baxma, məni yaman sevir”,”atam da anamı belə eliyird”, “başqalarına baxanda hələ bu yaxşıdı”... kimi ifadələrlə özünü “sığortalayaraq” təsəlli tapmaq... Və beləliklə bu qadın anasından gördüyünü təbii qarşılayaraq öz həyata adaptasiya etmiş, sora isə özünün “nəzəri – praktiki təcrübələr”i ilə eyni təfəkkürə sahib qız tərbiyələndirərək gələcəyə, azad həyata “şəxsiyyət” hazırlayır. Nəticə etibariylə zehniyyəti uzun illər dəyişməyən və uzun illər sonra da dəyişməyə məruz qalmayacaq kütlələr yaşayır,yaşadır.... bəlkə də yaşamır, sadəcə elə görünür...

P.S bəzən düşünürəm ki , əgər döyülməklə, söyülməklə, təhqirə susmaqla “xoşbəxt olursansa” elə layiq olduğun ən yaxşı həyat da budur. Necə deyəllər nəyə layiqsənsə, onu da yaşayırsan.


... dəfə oxunub
Qiymət: 8/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
10+22=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0593 saniye