Halloween bayramı haqqında maraqlı faktlar
Aysel Məhərrəmova tərəfindən "Digər yazılar" bolməsinə 17:47 27 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Dünyanın bir çox ölkəsi 31 Oktyabır Ölülər və ya Cadugərlər Bayramı (Halloween) olaraq qeyd edir.
Bu gündən bir əvvəlki gecə yəni ‘"All hallow Eve" yəni bütün əzizlərin gecəsi, zaman içində Halloweenə çevrilərək bizimdə Cadugərlər Bayramı adı altında ancaq bizimlə uzaqdan yaxından əlaqəsi olmayan, yalnız ticari istiqamətdən böyük şəhər fəaliyyətlərinə qatdığımız bir bayram olaraq qeyd olunmaqdadır.
Katolik ölkələrdə isə, Əzizlər və Ruhlar Günü olaraq qeyd olunan bu günün Meksikada heç bir ölkədə olmadığı qədər xüsusi bir yeri vardır. 31 oktyabr gecəsi başlayan və Meksikada, Ölülər Bayramı olaraq qeyd olunan bu bayram, tam 3 gün davam edər və ölkənin ən əhəmiyyətli bayramı olaraq qeyd olunar.

Bu çox xüsusi 3 gün; 31 Oktyabr gecəsi mələklərə çevrildiyi düşünülən körpə və uşaq ölülərin evlərini ziyarət etmələriylə başlar. 1 Noyabrda isə yetkin ölülər evlərinə dönərlər və onlar üçün hər bir Meksikalı ailə, öz boyu və kisəsinə görə yeməklər hazırlayıb, süfrələr təchiz edər. Ailecə yenilən yeməklərdən sonra 2 Noyabra qədər bütün bu sevilən və darıxılan ölülər yavaş yavaş gəldikləri yerə dönərlər.

Oktyabrın ikinci yarısından etibarən başlayan hazırlıqlar əvvəlcə hər kəsin evinin önünə, bağçasına, pəncərəsinə bizim qına çiçəyi dediyimiz çiçəkləri əkməsiylə başlar. Hətta şəhər bələdiyyələrinə bağlı bağça işləri müdirlikləri bu işi mütəşəkkil olaraq edər və bütün ana yollar və meydanlara qına çiçəkləri əkilər. Bazarlarda Ispanyolca deyil də, yerli dilində sempaxochitl olaraq satılan bu çiçəyin qoxusunun ruhlara yollarını tapdırdığına inanılmaqdadır. Ardından hər Meksikalı yenə boyuna görə, üzərində ölmüş yaxınlarının şəkilləri, sevdikləri yeməklər və içkilər olan, ölü çörəyi (pan da muerto)denilen bir növ pandispanya, duz, su və uşaqlar icin süd və şəkərin də əlavə olunduğu bir altar edərlər. Yenə ölülərinin yollarını tapa bilməsi üçün 31 Oktyabr gecəsindən 2 Noyabra qədər gecə gündüz hər ölü üçün bir şam yandırarlar.

Qısaca Meksikada Ölülər günü, ABŞdakı kimi, qulyabanılar və qorxu hekayələriylə insanı terorize etməkdən çox, sevilən və itirilmiş yaxınları xatırlamaq və onları yenidən həyatın içindəymiş kimi hiss etmək üzrə qeyd olunan, son dərəcə mənalı bir bayram olaraq varlığını davam etdirir.
Bundan əlavə isə Hallowen günü uşaqlar üçün də gözəl bayramlardan birdir.Belə ki onlar sevimli və qorxulu kostyumlarını geyinib qapı qapı gəzib qonşularından şirniyat yığırlar.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+8=
Hesaba giriş
Müəllif

Aysel Məhərrəmova
Haqqında

Əlaqə
E-mail:
meherremova115@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0266 saniye