Hanı bu dünyada nizam, ədalət?
Ağ, qara bir yerdə yaradır vəhdət?
Mənfinin tamamı, müsbətdi əlbət???
Budursa, olmasın belə ədalət!
Həmişə razı salıbmı qismət?
De, nədir məhəbbət, nədir xəyanət?
Bu dünya, bu həyat tam bir rəzalət!!!
Budursa, olmasın belə ədalət!
Yenidən dünyaya gəlsəydik, şayət,
İlk səni bulardım, etməzdik, xiffət,
Evimizi yıxıb, inan cəhalət!!!
Budursa, olmasın belə ədalət!
21.08.2010 / Bakı