Hara gedir
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 11:23 16 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Nəyi qoyub bilmirəm
sən nəyi axtarırsan?
Azmı ağıl dəryası?
sən səyi axtarırsan. 

Zəmanə indi başqa,
insanlar tam fərqlidi.
Qütbləşib cəmiyyət,
şimallıdı, şərqlidi. 

Bir - birini suçlayır
xaçpərəstlə müsəlman,
Bundan zərər çəkənlər
həm bəşərdi, həm cahan. 

Tanrı yaratmış bizi,
nə fərqi nə dindəyik.
Çərçivəni aşmışıq,
odur ki bu gündəyik. 

Xaçpərəst başa düşmür,
müsəlman inad edir.
Bu düşüncə - ağılla
insanlıq hara gedir? 


... dəfə oxunub
Qiymət: 9/10(1002 səs)
[qiymət ver ]
Şərh yaz
9+12=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0446 saniye