Haradasan
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 22:51 25 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Nə tez ötdü bahar fəsli,
Hardan tapdı payız bizi?
Üstümüzə yağan yağış
Dilə tutdu eşqimizi.

Təzədən gəldik üz-üzə,
Haray çəkdi baxışların.
Möhtac idi xoş bir sözə,
Selə dönən göz yaşların.

Zülmət çökdü gözlərimə,
Bağlandı elə bil dilim.
Macal tapmadım ki, deyəm
Məni tərk eləmə, gülüm…

Nə səsin gəlir, nə ünün,
Bir deyən varmı hardasan?
Daha sənsiz bu dünyada,
Yaşamağım deyil asan…

Sıxır qəlbimi yol-küçə,
Nələr düşünürəm, nələr.
Səni mənə xatırladır
Bağlı qalan pəncərələr….


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+23=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0337 saniye