Bu dost sözünün mənasi böyük,
Dostsuz bu həyatim keçibdi sönük,
Siz yoxsuz həyatda olmuşam əzik,
Ay əziz dostlarim haralardasiz.
Heyif ki, qardaşim olmadi mənim,
Sağ olsun dostlarim oldu köməyim,
Siz məni qoymayin belə söyləyim,
Ay əziz dostlarim haralardasiz.
Həyatda bilmirdim kimə güvənim,
Dostum dərd ortağim olmuşdu mənim,
Siz yoxsuz, bəs indi sizsiz neyləyim,
Ay əziz dostlarim haralardasiz.
.
Dostumun sözünü vecə almadim,
Heç onun sözünü yada salmadim,
Artiq gec olsada sizi anladim,
Ay əziz dostlarim haralardasiz.
Hər kəsi güldürüb, özüm gülmədim,
Dərdimi dostuma deyə bilmədim,
Bax elə bununçun dəstu itərdim,
Ay əziz dostlarim haralardasiz.
Dostuma həmişə yoldaş demişəm,
Sirrimi vermişəm sirdaş demişəm,
Bağişla qardaşim səhv eləmişəm,
Ay əziz dostlarim haralardasiz.
Dostun hər düz sözü aci olarmiş,
O vaxt inanmadim dedim yalanmiş,
Dostu dinləməyən, mənim günümə alarmiş,
Ay əziz dostlarim haralardasiz.
Bu həyat yollarin ölçə bilmədim,
Həyati kədərsiz, keçə bilmədim,
Yaxşi dostlarimi, seçə bilmədim,
Ay əziz dostlarim haralardasiz.