Harayında haray yox,sorağında soraq yox.
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 19:53 25 fevral 2017 tarixində əlavə olunmuşdur

 

 

Gözlərimdən düşmüsən axan göz yaşı kimi,

Bəzən heyifslənərək nahaq verdim sevgimi,

Deyib xəyal edirəm,nakam məhəbbətimi,

Harayında haray yox,sorağında soraq yox.

 

Buz ürəyin sevgimin baharını qış etdi,

Sevgin bəddua imiş,kim mənə qarğış etdi?

Yandırdı ürəyimi,gözlərimi yaş etdi,

Harayında haray yox,sorağında soraq yox.

 

Yox,yox..bu bitən mənəm,yalana aldanan mən,

Qürurun bəhanədir,parçalanan,sınan mən,

Bənövşələrtək  boynun  yetim kimi buran mən,

Harayında haray yox,sorağında soraq yox.

 

Yollarında ümüdim itib, batıb, talandı,

Doğrudanda dünyada sevgi sözü yalandı,

Biri qara bağladı,biri könül dağladı,

Harayında haray yox,sorağında soraq yox.

 

Yozulmaz bu yuxular,açılmaz tilsim daha,

Sınmış könül sazımda sevgi adlı sim daha,

Nə ruhum sənə gəlməz,nə naləm,səsim daha,

Harayında haray yox,sorağında soraq yox

 

Söylə biganə olan hansı eşqdən danışır,

Guya sevir ? sevgidə atəşlərdə alışır,

Tale belə gətirmiş,qismətiylə barışır,

Harayında haray yox,sorağında soraq yox.

 

Sönməz nə üzlər gördü, sifətlərlə tanışdı,

Saf baxışlar nədənsə fikirlərtək qarışdı,

Gedən getsin, mənə nə,çoxu dalda danışdı,

Harayında haray yox,sorağında soraq yox.


MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+11=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0341 saniye