Hardasan?
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 22:52 01 mart 2015 tarixində əlavə olunmuşdur

Axtarır gözlər səni hər yanda, canan, hardasan?

Hicrətin etdi sevən qəlbləri al-qan, hardasan?

 

Keçən hər an ilə yandı şəm kimi səbrü-qərar

Ruh viran, laldır zəban, gözlər də giryan, hardasan?

 

Məst edib dünya bizi qəflətdəyik qəlblər mərəz,

Gəl, yetiş çün səndədir dərdlərə dərman, hardasan?

 

Sanma azadə bizi, məhbusi-dövran olmuşuq,

Yoxluğun ilə keçən zaman da zindan, hardasan?

 

Acizəm söz söyləyib şəninə, tərif etməyə

İltimas eylər fəqət hər dəqiqə Cinan hardasan?

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0377 saniye