“Harry Potter”in yaradıcısı nədən qorxur?
Aysel Məhərrəmova tərəfindən "Məşhurlar" bolməsinə 12:58 01 dekabr 2014 tarixində əlavə olunmuşdur

“Harry Potter” roman seriası ilə şöhrət qazanan Coan Roulinq (Joanne Katheline Rowling) yazdığı kitablarda ürküdücü məqamları məharətlə təsvir edib. Hərəkət edən şəkillər, qeyri-adi hadisələr və s. oxucuda qorxu oyadır.

Oxuculara belə həyəcanlı anlar yaşadan yazıçının özünün də fobiyası var. O, uşaqlıqdan ağ rəngli pişiklərdən qorxur. “Uşaq vaxtı qonşumuzun həyətində həmişə ağ rəngli pişik olurdu. Həmin pişik bir gün əlimdəki sendviçi alıb qaçdı. Ondan sonra həyətə çıxanda əlimdə pişiyin yemək istəyəcəyi heç nə götürmürdüm”.

Sonradan pişiklərə qarşı münasibəti yumşalsa da, yazıçı, “Ağ rəngli pişiklər mənə uşaqlıq qorxumu xatırladır”, - deyir.

Qeyd edək ki, Roulinq evində qara rəngli pişik saxlayır. Bundan əlavə, onun bir dovşanı da var.

Tərcümə: Aysel Məhərrəmova


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+20=
Hesaba giriş
Müəllif

Aysel Məhərrəmova
Haqqında

Əlaqə
E-mail:
meherremova115@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0888 saniye