Harun və Harın
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 16:53 14 noyabr 2015 tarixində əlavə olunmuşdur

Harunun dərdli-dərdli fikirlərə qərq olduğunu görən Harın təkəbbür dolu bir tərzdə soruşdu:

-Yaman çox fikirlərə dalmısan yenə,nə olub,ay Harun?

-Elə hey,bu dünyanın ədalətsizliklərini çəkmək istəyirəm.Təəssüf ki,bu ağırlığa uyğun bir mizan tapa bilmirəm.

-Harun,gəl sən başını belə mənasız nəsnələrlə qatma,ye-iç,əylən,dəmlən,keyf elə.

-Həyatda gördüyüm tək doğru olan bir həqiqət var ki,o da,sənə qoyulan Harın isminin tam üstünə oturmasıdır.

-Sən,bu sözlərinlə nə demək istəyirsən ki?

-Demək istədiyim çox sözlər var,amma,dəqiq əmin deyiləm ki,sənin beynin bunları idrak edə biləcəkmi?

- De,danış görüm,nədir söyləmək istədiklərin?

- Sənin gözlərində sevgidən başqa hər nə desən görmək mümkündür.Əlindəki imkanlarla ətrafındakılara əziyyət etməkdən zövq alırsan.İqtidar,sənin baxışlarına görə,qarşındakı məzlumları əzmək,aşağılamaqdır.Haqqın olmayanları zorla mənimsəmək sənin yaşam tərzindir. Bütün pisliklər,alçaqlıqlar sənin xislətində cəm olub. Amansızlığın bütün sərhədləri aşıb.Ətrafına toplanan nəcis milçəkləri,sandıq tulaları sənə ilham verir.Kasıbların yamaqlı libaslarına,yırtıq başmaqlarına belə göz dikmisən.Yoxsullar çəkdikləri çilədən,iztirabdan usandı,canları boğazlarına yığıldı,sən isə,onlara zülm etməkdən usanmadın,yorulmadın.Meşədəki yırtıcılar belə, səndən daha rəhmlidir.Əməllərində,o qədər insafsızlıqlar var ki,bilmirən haradan başlayım,harada nöqtə qoyum.Düşünürəm ki,əgər,sən Adəm övladısansa,o zaman biz kimik,ya əksinə,biz insanıqsa,o halda,sən kimsən?

-Yetər,bu qədər yetər Harun.Yaxşı bilirsən ki,bu dünya belə gəlib,elə belə də gedəcək.

-Haqlısan,bu dünya belə gəlib,belə gedəcək,bəs sən,heç olmasa gedəcəyin yerin fərqindəsənmi?

Harın Harunun sualını cavabsız qoydu.Ona görə ki,harınlamış Harın hələ də,gedəcəyi yeri idrak etmirdi...


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+8=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.037 saniye