Hava, su
Nüsrət Həsən tərəfindən "Şeir" bolməsinə 21:34 12 may 2014 tarixində əlavə olunmuşdur

« Dedinki sevgidən danışma artıq 
Göz aç həqiqətə oyan yuxudan. 
Soruşdum-“mən axı nədən danışım? 
Dedinki danış da, havadan, sudan. » 
( Pərviz Arif ) 

Hava, Su 
( Nüsrət Həsən ) 

Yaxşı qoy danışım öncə havadan 
Qəlbimdə fırtına oyanıb indi. 
Cavabsız sevgiyə yaxalanmışam 
Gözümə unutmaq dayanıb indi.˚ 
*** 
Baxma ki səmada isti günəş var 
Mənim danışdığım havanı dinlə. 
Xəyalın etdiyim toy havasını 
Oynaya bilmədim niyə səninlə?! 
*** 
Nə olsun bu saat yay aylarıdır 
Mən ki üşüyürəm önündə tir-tir. 
Sevirəm sözünə möhtac şəkildə 
Əsirəm bu yayın günündə tir-tir. 
*** 
Anla hər havada günəşim sənsən 
Vaz keçən deyiləm mən bu duyğudan. 
Görürəm havadan sıxıldın nəsə 
Gəl sənə bir az da danışım sudan. 
*** 
Bir su tanıyıram bulaq kimidir 
Çıxıb mənbəyindən süzülür hər gün. 
O qədər saf sudur, o qədər təmiz 
Muncuq tək yan-yana düzülür hər gün. 
*** 
Belə məhəbbətlə hansı çay axır? 
De hansı bulaqdır, o hansı quyu? 
Deyəsən gözəlim susadın yaman 
Duzludur dediyim bulağın suyu. 
*** 
O muncuq damcılar yad deyil mənə, 
Çəkdiyim acıda sirdaşlarımdır. 
Sənə məhəbbətlə süzülüb gedən 
Yəqin ki, anladın. Göz yaşlarımdır. 
*** 
Görürsən, danışdım havadan, sudan? 
Bağışla deyəsən vermişəm əzab. 
Allaha sığınıb ümidvaram ki, 
Mənim də sevgimə gələcək cavab. 
Mənim də sevgimə gələcək cavab... 
*** 
müəllif: Nüsrət HƏSƏN 


... dəfə oxunub
Qiymət: 9/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
10+6=
Hesaba giriş
Müəllif

Nüsrət Həsən
Haqqında
Sabirabadlı
Əlaqə
E-mail:
nusret.hesen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0203 saniye