Hayıf
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 01:27 12 iyul 2015 tarixində əlavə olunmuşdur

Biz varıq, ya yoxuq kimə gərəkdi,

Həyat davam edir, ölənə hayıf.
Bu dünyaya gələn bir gün də gedər,
Anlayana hayıf, bilənə hayıf.

Kim tutub saxladı, zaman ötəndə?
Kim ümid bəslədi, ümid itəndə?
Gen günün dostudu yoldan ötən də,
Dar gündə dost gözü silənə hayıf.

Oğul axtarıram dərdi olmaya,
Həsrət sazağında rəngi solmaya,
Ürəyi yansa da, gözü dolmaya,
Kədərin üzünə gülənə hayıf.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+29=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0289 saniye