(Amir Diabın mahnısına uyğulama)
Bir gecəlik biz unudub, hamını
Nə olar, ləzzətin duysaq sevginin???
Deyərdim, bir mələk olub qonağım,
Sən də bəhrəsini görərdin eşqin...
Əzizim, bir gecə unut, keçmişi
Qollarım belində, qoy kəmər olsun...
Həyatın yeganə gecəsi kimi,
Dünya ikimizə bir, saray olsun...
Yaşamın səbəbi, qoy eşqin olsun!!!
Deyirsən, xoş günlər önümüzdədir...
Hər gün əvvəlkindən daha xoş olsun,
Əl-ələ tutuşmaq əlimizdədir...
03.01.2014 / Bakı