Heç görmədim ağılından
Şikayətçi olan olsun.
Hamı deyir,yaddaş itib,
Kaş ki, bunlar yalan olsun.
Unutqanlıq yıxar bizi,
Məngənətək sıxar bizi.
Vədələr boş çıxar,bizi
Aldadırlar,dolan dolsun.
Mat qalırsan yana-yana,
Qəsd ediblər şirin cana.
Yatır,çətin ki,oyana,
Təki layla çalan olsun.
İşlər olub çətin,müşkül,
Son baharda açır son gül.
Qəribsəyib Xarı bülbül,
Qərib eldə solan olsun.
Mövlud,dilin gəlmir niyə,
Ad qoydular"qaçqın"deyə.
Ahu-fəğan qalxır göyə,
Saçın yoldy,yolan yolsun...
2.05.2014 / Zərdabi
Mövlud Ağamməd