Nağılları heç sevmədim mən.. "The End"ləri.. Yalançı "ağ atlıarı".. Yalançı "şahzadələri.." Yalançı "göyçək Fatmaları"..
Heç sevmədim, yağışdan sonra hava isti olsun.. Heç sevmədim, insanların vecsiz davranışlarını.. Heç sevmədim.. Heç sevə bilmədim özümü..
Heç edəcəklərim qədər idim gözümdə..
İtirməyi heç sevmədim.. Küsməyi.. İncitməyi..
Amma sadəcə istəmədən incitdim və ağladım.. Dua ardınca dua.. Tanrıya danışdıqca bu əzabları sanki çiynim daralırdı.. Hər dəfə səni incidəndə hiss etdiyim duyğu qədər əzabverici bir şeydi bu da..
Sonra tək ağrıkəsici.. "Unutdum olanları.. Əlini ver.."
Heç sevmədim, yalanı.. Yalandan törəyən qundaqları.. Orda böyüyən insanları..
Heç sevmədim küçədə namus dərsi deyib evdə siçan olan "adam"ları..
Heç sevmədim, sevə bilmədim gözlərimi.. Ancaq yaşlar üçün nəzərdə tutulmuşdu sanki.
Heç olar mı ki, birinin ağrısına ağrıyasan? Ya da tutub çiyinlərindən qoparasan günahları yapışdırasan yollarına..?
Heç olar mı ki, üç dəfə əlini verib "əl çək" eşidib qayltmısan..
Heç olub mu, sən dünyanın ən möhtəşəm qadını ikən öz gözündə ifritəyə dönəsən?
Heç sevmədim, musiqinin son notlarını.. Heç sevmədim incitməyi... Amma hər dəfəsində incidərək böyüdüm.. Yıxıla yıxıla böyüdüm.. Onları istəmədən incitdim və istəyərək əzaba qatlaşdım..
Əzab da qatlaşarmış..
On qat, yüz qat..
Heç sevmədim, oyuncaqlarını atıb göz yaşıyla oynayan uşaqları..
Heç sevmədim, uşaqların göz yaşını silməyib addımlayanı..
Heç sevə bilmədim, kobud insanları..
Amma gəl vur məni, küsmə dediyim insanlara qıya bilmədim..
Tək onları sevdim..Bir də tanımadığım addımları və vəhşilərə dözən Adəmləri... İçimdə, damarlarımda, ruhumda, gözlərimdə..
Onlar üçün axıtdığım hər göz yaşına görə sağolsunlar.. Əzablardan təmizlədilər ruhumu..
Heç sevmədim, gecə xəyal qurub yatmaq varkən, ağlayaraq yatmağı...