Heçkim olmaq
Mehriban tərəfindən "Digər yazılar" bolməsinə 22:53 09 iyun 2014 tarixində əlavə olunmuşdur

 

Bir neçə gündür heçnə yaza bilmirəm, beynim dumanlıdı sanki içi boşdu. Fikirlərim görüldükdən sonra itən yuxular kimidi, xatırlamağa çalışdıqca itir. Boş vərəqə saatlarla baxdım və sadəcə özümdə baş verən dəyişikliklərdən yaza bildim çünki indi görə bildiyim ən açıq şey budur.

İnsan bəzən həyatda elə bir nöqtəyə gəlirki dayanıb özünə baxmır və bu uzun müddət belə getdikcə insan özünü itirir Mən kiməm? Niyə belə eliyirəm? hardan gəldim? demədən irəliləyir, daha doğrusu irəlilədiyini sanır amma əslində yerində sayır. Sonra insan o qədər dəyişir ki ətrafdakılarda "Sən belə deyildin" deyirlər. İnsanlar sənə bir yad kimi baxır. Şəxsiyyəti itirmək ölmək, yoxa çıxmaq kimi birşeydi. İnsan necə ən sevdiyi rəngi bilməz? sevdiyi fəsili? xatirələrinə necə başqasınınıymış kimi baxar? İnsan necə özünə yadlaşar bu qədər?

Əgər insan özünə bu qədər yaddırsa başqalarından nə kimi bir səmimiyyət gözləyə bilərki? Hə, bu məhz belə adlanır "Özünə yadlaşmaq". Huşsuz halda bir səhranın ortasındaymış kimi hiss edər insan. Bütün günü boş işlər. Zaman keçsin deyə yaşayırmış kimi. Heç gəlmiyəcək bir avtobusu gözləyirmiş kimi, heç gəlmiyəcək möcüzəni gözləyir. Bəs sizədə tanışdırmı bu hisslər? Fikirlərinizi bilmək mənim üçün çox maraqlıdı...


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+9=
Hesaba giriş
Müəllif

Mehriban
Haqqında
Özüm özümlə danışdığım qədər başqa biriylə danışmıram. Səbəb dəlilik deyil sadəcə bilirəmki insanı en yaxşı özü dinliyə bilər ...
Əlaqə
E-mail:
mehri.kerimova@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0292 saniye