Vaxtilə Diogen gedib nişangahda dayanmışdı ki, bütün oxları hədəfdən yayınan atıcı çaşıb onu vurmasın.
Elə indi də belədir. Nişangahdan kənarda dayanmaq, nişangahda dayanmaqdan daha təhlükəlidir. Əgər təcrübəli düşmən bizi hədəfə çevirmişsə, harada dayanmağın nə fərqi var? Yox, əgər qaba adamlar naşıcasına bizi vurmağa çalışırlarsa, Diogen kimi ancaq nişangahda dayanmaq lazımdır. Ağıllı düşmən bizi mərdliyimizə bağışlayacaq, alçaq adamlar isə cəsarətimizdən qorxub geri çəkiləcəklər.
Müəllif: Bəxtiyar Əliyar