Bizə bizdən danışıb güldürəcəklər hələ çox.
Mənliyi nəfsə satıb öldürəcəklər hələ çox.
Söz oyun, varlıq oyun, hər şey oyundur və bizi
Şeytanın ritmi ilə süzdürəcəklər hələ çox.
Xətt çəkib keçmişə yaddan çıxarıb kimliyini,
Yalanı "doğru" - deyə düzdürəcəklər hələ çox.
Çox zaman məqsəd üçün parçalanıbdırsa cahan,
Yenə bu minval ilə böldürəcəklər hələ çox.
Hər sabah bir yeni qanun ilə başlar günümüz
Bizi sərmət eləyib söydürəcəklər hələ çox
Cinan, sən əyrini əyri, düzü düz yazsan da,
Sanma zülmün kökünü üzdürəcəklər, hələ çox.