Hələ də nağıllara inanmağı bacaranlar üçün - Şaxta babam
Eliyeva Efsane tərəfindən "Digər yazılar" bolməsinə 14:15 14 dekabr 2014 tarixində əlavə olunmuşdur

Hələ də nağıllara inanmağı bacaranlar üçün...

Şaxta babam

Aylar keçirdi, il dolandı, yeni nağıllar yarandı. Bir sehr etdim qış gəldi. Nağıllar qar dənəciyinə dönüb yerə yağdı. Yağan qardan “Qar adam”ı yapdım. Bir hekayə uydurdum. Danışım siz də dinləyin. Hekayəm bitər-bitməz “Qar adam”ım əriyəcək...

Buzlaq adında bir ölkə varmış. Bu ölkə qışdan başqa fəsil, ağdan özgə rəng tanımazmış. Şəhərlərində, kəndlərində, qəsəbələrində yalnız “Qar adam”ları yaşarmış. Onların “şah yeməy”i dondurmaymış. Meyvəli dondurmanı çox sevən “Qar adam”ları damsız büllur evlərdə yaşarmış. İçinə qar yağmayan ev, ev sayılmazmış. Qar dənəcikləri buz yelləncəklərdə yellənərmiş. Ölkədə bir nəqliyyat növü varmış, o da xizəklərmiş.

“Qar adam”ları hamsı yaşı məlum olmayan Şaxta adlı ababnın nəvələrimiş. Sizə də məlum oldu ki, Şaxta babanın ailəsi böyükmüş. Gəlin bu böyük ailə ilə tanış olaq:

Şaxta baba- Buzlaq ölkəsinin patşahı Sırsıra nənə- Şaxta babanın xanımı Sazaq- Şaxta babanın oğlu Buz - Şaxta babanın gəlini Qar dənəciyi- Şaxta babanın qız nəvəsi Qar topası- Şaxta babanın oğlan nəvəsi

Soyuq- Şaxta babanın qızı

Aysberq- Şaxta babanın kürəkəni

Qar qız- Şaxta babanın qız nəvəsi

Don- Qar qız- Şaxta babanın oğlan nəvəsi

Saysız-hesabsız Qar adamları - Şaxta babanın nəticələri, kötücələri və iticələri

Bir gün Şaxta baba həmişəki kimi kitab oxuyurdu. O kitabdan öyrəndi ki, sən demə başqa ölkələrdə də ilin 3 ayı qış olurmuş.  Baba qış olan şəhərlərə, kəndlərə qonaq getmək qərarına gəldi. Şaxta baba uşaqları sevindirməyi də özünə peşə etmişdi. Bütün balacalar da onu çox istəyirdi. Ona görə də uzaq-uzaq llərdə də çoxlu körpə balaların olduğunu bilən qoca “Əliboş qonaq getməzlər” deyib torbasını hədiyyələrlə doldurdu.  Maralalrını xizək ayaqlı arabasına qoşub səfərə çıxdı. Qarı incitməsin deyə göyün üzü ilə yola düzəldi.

El-el gəzdi. Körpə səsi eşitdiyi hər evin bacasında hədiyyə saldı. Hədiyyələrin üstündə adını və ünvanını yazdı ki, onlar da Buzlaq ölkəsinə qonaq gəlsinlər.

Uşaqlar səhər yuxudan durub oyuncaqları görüncə sevindilər.  Şaxta baba isə bu zaman evinə qayıtmaqda idi. O, qoca olsa da balacaların gülüş səsini yaxşı eşidir, onlar qədər sevinirdi.

Baba evə çatar-çatmaz bütün gördüklərini dömalarına nağıl etdi. Ailəcə nə zamansa gələcək qonaqlarını səbirsizliklə gözləməyə başladılar.

Amma qonaq əvəzinə saysız-hesabsız məktublar gəlməyə başladı.  Şaxta baba onları nəvələri ilə birlikdə oxuyurdu, oxuyurdu. Məktublarsa bitmək bilmirdi ki, bilmirdi.

Məktublar kimdən idi?

Babanın qonaq getdiyi ellərdən. Ayrı-ayrı dillərdə danışan uşaqlardan.

Şaxta babanın oğul nəvələrinin hərəsi bir dil bilirdi. Məktubları ölkə-ölkə bölüşdürüb oxuyur, babalarına nəql edirdilər. Baba bir siyahı tutub ad, ünvan və balacanın istədiyi hədiyyənin adını qeyd edirdi.

Qar adamlar məktubları oxuduqca hərdən çox gülür, hərdən də məktubun sahibi qədər kədərlənirdilər.

Məktublar bitdi. Şaxta baba düşündü-düşündü bu çətin işin öhtəsindən necə gələcəyinin çarəsini tapdı. Bir fabrik açdı. Babanın qız nəvələri fabrikdə oyuncaqlar tikməyə,  yun əlcəklər, papaqlar, şarflar, corablar toxumağa başladılar.  Bir ilə iş bitməli idi. Ona görə də yaman tələsirdilər.

Nəhayət bir il tamam oldu. Şaxta baba yenə də səfər çıxdı. Gedib nə görsə yaxşıd? Gördü ki, uşaqlar həsrətlə onun yolunu gözləyir. Hamı qışın yox, onun gəlişini bayram edir. O, qərara gəldi ki, tez-tez bu ellərə qonaq gələcək.

Bu dəfə baba hədiyyələri paylamaqda ona kökək olsunlar deyə nəticələrini də özü ilə gətirmişdi. O, hədiyyələri paylayıb yenə də evinə qayıtdı.

Şaxta baba elə təzəcə çatıb nəfəsini dərmişdi ki, yenə də məktublar gəlməyə başladı. Qar adamları təkrar iş başına keçdilər. O gündən, bu günə Buzlaq ölkəsinin sakinləri ilə uşaqlar beləcə dostlaşıb-doğmalaşdılar. Şaxta baba ildə bir dəfə onların görüşünə tələsdi.

Möcüzə baş vermişdi. Baba uşaqlarla dostlaşandan daha qocalmırdı. Əksinə elə bil gümrahlaşırdı. Gözlərində təbəssüm yuva qurmuş, içinə işıq dolmuşdu. Qulaqları o qədər yaxşı eşitməyə başlamışdı ki, uzaq-uzaq ölkələrdə uaqlar pıçıltı ilə “Çox saqol Şaxta baba” deyəndə belə eşidirdi.

Qolları da  qüvvətlənmişdi. Hədiyyə dolu torbasını əlinə götürəndə elə bilirdi ki, ovcunda qar dənəciyi tutur.

Nağıl bitdi.Qar adamı əridi. Gələn il birini də düzəldəcəm...

Bu nağılı oxuyuram ki, mışıl-mışıl yatasan və biləsən ki, nə qədər sən

inanırsan nağıllar var...

Yuxuların çin olsun balaca...


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+7=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0375 saniye