Həm Günəş kimi, həm də yox...
Mushfiq Shukurlu tərəfindən "" bolməsinə 18:08 14 fevral 2013 tarixində əlavə olunmuşdur

Xoşbəxtlik ürəyində yatanla ürəyinə yatanı sevişdirməkdir( haşiyə: ürəyində yatan sənin məqsədin, amalın, əqidən, yolundur. Ürəyinə yatan isə arzuların, istəklərindir. Əgər bunlar paralel və bir- birinə yaxındırsa sahibinə xoşbəxtliyi yaşadır. Bu yaxınlıq elə olmalıdır ki, aralarından başqa bir işıq keçməyə qadir olmasın )

Xoşbəxt olmaq istəyirəm.. Gözəlliklərdən zövq almaq.İçimdəki təkliyi, nigaranlığı, narahatçılığı, heçliyi onlarla paylaşmaq, onlarda əritmək, yox etmək istəyirəm... İstəyirəm bahar olsun.. Və gözəl bir səhər.. həm də təravətli... Həyətə çıxam.. gəzəm.. meşəyə üz tutam.. Ayağım yaşıl çəmənlərdə, istiqanlı torpaqlarda gəzərkən baharın ilk nəfəsini ciyərlərimə çəkəm.. Günəş isə bütün hərarəti ilə bədənimi isidə... Günəş.. hərarətli Günəş... Hə..hə.. istəyirəm hərarətli Günəşə baxam.. sonra əngin səmaya.. daha sonra sonsuz üfüqə... Bilirəm və görürəm ki, bu təbiət, bunlar, bu gözəlliklər mənə rahatlıq verir.. Zövqüm içində xoşbəxtlik və hüzur olan bir aləmə bürünür.. məmnun olur. Amma birdən də onlara yaxınlaşmaq istəyirəm.. toxunmaq... Bu isə bütün rahatlığımı dağıdır. Çünki... Çünki.. hə.. əvvəlki nigarançılıq, təklik, narahatlıq...İndi istəyirəm hərarətli Günəşə baxam, üstəlik də toxunam! İstəyirəm əngin səmaya baxam üstəlik də sığınam ona tək olanda, ağlayanda!.. İstəyirəm sonsuz üfüqü seyr edəm, içində olam sevgi kimi, gözəllik kimi! Baxa- baxa sarılmaq istəyirəm bu gözəlliklərə.. Qucaqlamaq istəyirəm onları... Amma bacarmıram... Bunları bacarmamağım mənə acizliyimi xatırladır... Xoşbəxt olmaq istəyirəm... Yenə.. yenə əvvəlki nigarançılıq, təklik, narahatlıq...Hə... İndi səni istəyirəm... İçimdəki təkliyi, nigaranlığı, narahatlığı, heçliyi səninlə paylaşmaq, səndə əritmək, yox etmək istəyirəm... Birdəfəlik.. Xoşbəxt olmaq istəyirəm... Hə.. bir də istəyirəm onlar kimi olmayasan.. bir də istəyirəm Günəş kimi toxunmayasan mənə: "sevirəm " deyib hər axşam hər şeyi özünlə aparmayasan.. çıxıb getməyəsən... İstəyirəm həm gecə, həm gündüz - həmişə mənimlə olasan... Aldatmayasan.. Günəş kimi...


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
1+29=
Hesaba giriş
Müəllif

Mushfiq Shukurlu
Haqqında
1994 təvəllüdəm. Jurnalistika fakültəsində oxuyuram.
Əlaqə
E-mail:
mshukurlu@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0202 saniye