Bəli , məhz o qadınam
Şeirlərinizdə bəhs etdiyiniz...
Sizi Tərk edən yoxluğundan danışdığınız
Həmin o pəncərə önündə sizi gözləyən qadınam.
Bəli , mənəm o yoxsunuz deyə saçlarına qıyan qadın.
Yazdığınız birinci, beşinci, iyirmi beşinci şeirinizdəki də mənəm,
Yuxularınızda sizə sarılan qadın da
Sizinlə birgə dərdləri dünyaya gətirən də
Sevən də sevməyən də
Sizdən dünyaya qadın gətirən də mənəm.
Bəli Şair , şeirlərinizdə bəhs etdiyiniz həmin o qadınam.
Beş – altı misraya sığdırdığınız ...