Hənuz
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 16:06 21 dekabr 2014 tarixində əlavə olunmuşdur

Hələ də eşqinin əsiriyəm mən,

Var isə insafın, azad et məni.

Hələ də xəyalım, düşüncəm sənsən,

Bacara bilmirəm, unudam səni.

 

Bu necə sevgidir? – tilsimdir sanki,

Mən onu qəlbimdən ata bilmirəm.

Sən elə bir əsər yaratmısan ki,

İllərdir, adını tapa bilmirəm.

 

Nə qədər olar ki, ümidlər qurmaq,

Doğan Günəş ilə ümidlənirəm.

Nə qədər olar ki, belə yaşamaq,

Ümidim öldükcə, mən də ölürəm.

 

Düşündüm, keçmişi silim, dəyişim.

Bu keçmiş mənimçün dərd qaynağıdır.

Bir daha anladım, mənim keçmişim,

Acılı-şirinli sənə bağlıdır.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+9=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0261 saniye