Həqiqət Axtarışı
Qüdrət Dadaşov tərəfindən "Hekayə" bolməsinə 21:53 15 iyun 2016 tarixində əlavə olunmuşdur

Durmadan irəliyə doğru addımlamaq, məqsədlər, çalışmaq,  inam, həyatın mənası bütün bunlar sanki solmuş bir çiçəyin ətri kimi gəlirdi Anara. ağlına Heminqueyin sözləri gəldi" Əsil yazıçının işi yazdıqca iləridəki boşluğu görməkdir" Anar bunu hiss edirdimi? O, bunu görürdümü Bilirmiydi ki o da bu boşluğu görür.Durmadan yazır elə hey yazırdı.Son zamanlar isə tükənmişdi. Heçnə etmək istəmirdi. Boşluqdaydı o. İnsanlardan uzaqlaşır, nə bir kitab oxuyur, nə bir mahnıya qulaq asır hecnə. O heçnə etmək istəmirdi. Hərdən yatmaq istəyirdi yatırdı amma yata bilmirdi. Yemək yemək istəyir amma yeyə bilmirdi. Oturmaq, yaşamaq, gəzmək istəyirdi amma edə bilmirdi. O sevirdi kimisə..onu sevirdi, amma digər tərəfdən sevə bilmirdi. Ən çox sevdiyi şeylər kitab oxumaq və mahnıya qulaq asmaq idi amma o kitab oxuya bilmirdi kitabı sadəcə vərəqləyib bir kənara qoyurdu. Sanki o kitabdan və musiqidən doymuşdu. Artıq onlara ehtiyacı yox idi. Tənbəl bir qurda insanabənzər bir qurda çevrilirdi. Axı o niyə yaza bilməsin? Yazmaq istəyəsən amma yaza bilməyəsən. Yazıçılıq..Nə qədər müqəddəs peşə gəlirdi Anara. Həyatın mənası qalmamışdı. Axı o niyə insanlarla ünsiyyətdən zövq almasın? Niyə danışıb gülə bilmir,? Niyə ürək döyüntüləri sürətlənir,?.. Niyə belə olur? Niyə qıldığı namazlardan zövq ala bilmir? Niyə siqaret çəkir? Niyə sıxıntılar içində itib batıb? Səbəb nə idi? SEvgi?Sevməkmi? Sevilməkmi? Ağlında düşünürdü. Amma heç bir cavab tapa bilmirdi. Bacardığı qədər hekayələr yazmışdı. Yazdıqları çox çətin olmasada oxunaqlı olmasına baxmayaraq insanlar bu fikri tapa bilmirdilər. Bəzilərinə görə söz yığını idi. Ağlına cırcırama və qarışqanın nağılı gədi. Cırcırama daim kef əyləncələrdə vaxtını keçirir, qış gələndə də acından ölür. Qarıçqa isə daim ağır zəhmətlə  qan tər içində elə hey çalışır çalışır. qış gəldikdə də qənaətlə yeyir. İnsanlar bütün günahı cırcıramada görsə də Anar  cırcırama kimi olmaq istəyirdi. Gülmək əylənmək istəyirdi təki qış gələndə ölsün. Heçnə olmaz. Əsas odu ən azı güləcək əylənəcək.Anar qisa və mənalı yaşamaq istəyirdi.O, daim atasına məqsədinin olmamasından və digər digər şeylərdən danışırdı. Atası ona nə isə bir yol göstərdikdə isə o heşnə anlamırdı. Atasının dedikləri ona bir Kafka kimi gəlirdi.Atası bir Kafka idi? Yoxxx. Digər bütün insanlar onun atasını anlayırdı. Demək onda atası bir Kafka deyildi.Anar bütün insanları kafka kimi görürdü.

Boşluq.Çıxılmaz yollar. Dayana bilmirdi. Özüdə bilmədən dənizin kənarına gəlib çıxmışdı.Ürək döyüntüləri sürətlənirdi. Sonda dözə bilmədi və ürəyindən eləbir fəryad elə bir çığırtı qopdu ki, bəlkə dünyanın o başında onun kimi dərdlər, sıxıntılar dənizində boğulan digər insanlar belə eşitdi. qışqırırdı. Biri mənə kömək eləsin. Biri mənə kömək eləsin... Dənizin qırağında diz çöküb yerə uzandı. Gözlərini açanda atası onun yanında yuxuya getmişdi. Evdə idi. O bura necə gəlib çıxıb ? Beyni bərk ağrayırdı. Zonq zonq səsləri iliyinə kimi işləyirdi. Atası sadəcə mürgülədiyindən Anarın durması ilə oda gözlərini açdı. Necəsən deyib atası ilk dəfə onun alnından öpdü. Saçını sığalladı. Bu nə idi? bir toxunuşla onun bütün baş ağrısı ötüb keçdi. Mən bura necə gəlmişəm deyə atsını sorğu sual etməyə başladı. Dənizin kənarında özündə gedib qalmısan. Səni balıqçılar tapıblar alıb xəstəxanaya gətiriblər. Sonra sən ayıldın və biz səni evə gətirdik.İndi də bərk bərk yatmışdın. Anarın heçnə yadında düşmürdü. Ata mən nə edəcəyəm.Mən boşluqdayam. Bu elə bir qaranlıq bir quyudur ki, mən çabaladıqca bu quyunu daha da dərinləşdirirəm və hər dəfə bu quyuya dolan işıq biraz daha zəifləyir. Şıxış yolun yoxdur. Atası onun bu dediklərinə təkcə sığal çəkməklə cavab verdi. Səhərisi gün Anar yenidən yazmaq istəyirdi amma yaza bilmirdi.Bacarmırdı. YAxşı yazıçılıq onluq bir peşə deyil.Bəs bu mənəvi sıxıntılar? Bəs bu qelb ağrıları?  Qulağına kiminsə səsi dəydi( Bu olmamalı.Sən tərk etməlisən bu dünyanı. Unutmalısan hər şeyi səndən sonra heç nə qalmamalıdı.) Bu kimin sözü idi.? Bilmirdi Anlamırdı. Yenə həmişəki kimi dənizin kənarında oturdu. Ürəyində partlayışlar başerirdi ürəyi coşub çağlayırdı. Beynində o qədər fikirlər dolaşırdı ki artıq o bu cür yaşıya bilmirdi. Ayağa durub yavaş yavaş dənizə doğru addımlamağa başladı.Heçnə fikirləşmirdi lə hey addımlayırdı. Dənizin dalğalarının səsi ona həzin bir musiqi kimi gəlirdi. Bu səsi o hər dəfə yaxından eşidir, hər dəfə sanki fərqli bir boşluğu doldururdu. Sonuncu oxuduğu Kafkanın sözlərini xatırladı." Fərqlisənsə yalnızlığa məhkumsan" Artıq dizə qədər suya batmışdı. Suyun soyuqluğu Anara elə təsir göstərirdi ki, elə bil anası onu uşaq vaxtı çimizdirərkən başına qaynar su tökür. Su soyuq idi amma ona qaynar idi. O od tutub yanirdi. Artıq su sinəsinə catmışdı. Su artıq boğazına.Budur artıq o tam suyun içindədir. Qolları boşaldı.Özünü suya qərq elədi. Rahatlıq.Zihniyyətin boşalması. Artıq gözlərini aça bilmirdi. Xirdaca baliqlar, yosunlar..Boşluq... Bir əl onu sinəsindən yapışıb sudan cıxartdı. Bu nə həyatdı.ölməyi belə bacarmir.Onu xilas edən kim idi? bu atası idi.Atası xilas etmişdi. Dərin sükut dalğaların səsi.. Atası bir söz belə demirdi. Uzun aradan sonra Anar qışqırmağa başladı. Məni niyə xilas elədin ata? Lənət sənə. RAhat ölmək istəyirəm.Məni rahat burax ata. Yalvarıram. Ey Allah məni sən belə istəmədin.Məni özünə yaxınlaşdırmadın. Sən məni istəməsəndə mən sənin bir payınam. Məni qəbull elə.Ata mən yaşaya bilmirəm. Sakit  ol oğul deyə atası dilləndi. Atası həmişəki kimi sakit və təmkinli idi. Atasının səsinin özündə belə bir məlahət,bir incəlik, bir səmimiyyət vardı. Sanki küləyin vıyıltısı, daıgaların, yağışın, ildırımın səsi bu səsdə çuğlaşmışdı.  Atası dilləndi; Həqiqət. Bu elə bir yoldurki sən bu yolu addımladıqca bu yolun qurtarmayacağını bilirsən.Həqiqət. Sən ona qaçdıqca oda  sənin ona qaçdığın qəər səndən qaçır.Həqiqət.Səni min bir kədərə salıb boşluğa salan.Tapdığın kədər.Həqiqət.Dəzinin bərk dalğalarında səni qabağına qatıb hara gədi tullayan varlıq. Sözlər Anarın beynində düzülməyə başladı. Atası elə sakit danışırdı ki, Anar artıq yuxudan ayılırdı.BU zindan adasından çıxırdı. Kimin isə onu quyudan xilas etdiyinə inanırdı. Bu xilas maddi xilas deyildi. BU xilas mənəviyyat xilası idi. Kİm isə Anarın batdığı quyuya bbir ip uzatdı.Kim isə ona dənizin dalğalarının səsinin şirinliyindən də üstün bir şey verdi. Bu insan kim idi.Ata.Onun atası.Heç kimin ona kömək olmadığı zamanda ona kömək olan bir insan.Səhərisi gün o atası ilə gəzintiyə getdi. Səhər yeməyini birlikdə yedilər.Səhər tezdən otların üstündəki şeh, günəşin yavaşyavaş çıxması, sakitçilikÇ həyatda ən çox sevdiyi atası ilə birlikdə olası, çayın səsi Anarın bütün istək və arzularının toplusuydu. Əlində qələmini oynadırdı. Atası ona yenidən məsləhətlər verirdi. Atasının son sözü bəlkə yazasan oldu.? Anar qorxurdu.Yazmaq? yox yox yazıçılıq onluq bir peşə deyil. Onun ürəyi feryad qoparır amma Anar onları sözə çevirə bilmirdi. Atasının israrından sonda qorxa qorxa yazmağa başladı. Heç özüdəbilmirdiki bir cümlə bləyaza bilər və Anarın bir cümləsi tam iki saat yazmaqla kifayətləndi. Növbəti il onun kitabıişıq üzü gördü. Daha onun qulağına səslər dəymirdi. daha heç kim ona bu cür elə kimi qadağalar qoymurdu. O belə idi.Anar belə olmalı idi. Bu cür.Olduğu kimi.İnam.Sadəcə inanmaq..O inanırdı.Anar sən əbədiyyət gəmisisən.Bu elə bir gəmidir ki, dənizin bərk dalğaları üzərində bütün maniyələri dəff edərək amansızcasına hərəkət edir.Sən gəmisən.Sənin içində sərnişinlər, əşyalar, hər şey var....Sən..!


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+25=
Hesaba giriş
Müəllif

Qüdrət Dadaşov
Haqqında
....
Əlaqə
E-mail:
qudretd@hotmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0328 saniye