Həqiqət
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 14:44 23 dekabr 2014 tarixində əlavə olunmuşdur

Ruhumun çəkdiyi iztirabların şiddətindən cismimdəki ağrıları tamamən unutmuşam. Mənim düşündüyüm dünyamda cismim bir ət parçası, bir virtual görüntüdür. Bəlkə də, çoxları üçün bu, utopik nəsnələrdir. Digər fikirlərə, başqa düşüncələrə böyük hörmət və ehtiramla yanaşıram. Hər kəsin özünə görə bir həqiqəti, bir haqq olan tərəfi vardır. Bu, kimisinə görə böyük, kimisinə görə kiçikdir. Fəqət, bütün  fərqliliklərin  ortaq bir istinad nöqtəsi mövcuddur - Həqiqət!

 Həqiqət  yalnız gördüklərimizdən ibarət deyil. Bəzən, görünən həqiqətlərin arxasında görünməyən  elə qaranlıq məqamlar olur ki, onu görməyə iti göz, dərk etməyə parlaq zəka lazım gəlir. Əfsuslar olsun ki, bu günümüzün həqiqətləri   daha çox illyüzionist  nömrələrini xatırladır. Həqiqət  bizimlə gizlənpac(saklanbac) oyununa başlayıb. Gözlərini yumub sayan biz, qaçıb özünə güvənli yer seçib gizlənən o - həqiqət...

 Çərxi-fələk elə dövr etdi ki, artıq Həqiqət xala da, öz adına etinasız qaldı. Quldarın qullarına göstərdiyi "həqiqət", feodal dönəmindəki Xanın rəiyyətə dediyi "həqiqət", kapitalist Conun  əl-üzü mazutlu fəhləsi,  balaca Semə vəd verdiyi "həqiqət", Leninin  fəhlə sinifinə söylədiyi "həqiqət" əsrlərdən bu yana fağır xalqa ağrıdan, acıdan qeyri nə verdi ki?..

 Qışda isti,yayda sərin kabinetdə  cismini bəsləyən, ətrafına yalnız onu "anlayanları" toplayan, asudə vaxtlarında turist həyatı sürən, öz cəmdəyini beytül-mal ilə bəsləyən xozikin də bir "həqiqəti" var. Eynən quldarın qullarına göstərdiyi "həqiqət"lər  kimi, Leninin fəhlələrə söylədiyi "həqiqət"lərə bənzər...

 Bu,əsrarəngiz dünyamızı  həqiqətə möhtac qoyan"mədəni" mədəniyyətsizlərin  tülkülərdən daha hiyləgər və daha bic  əməlləri, artıq bizlərdə həqiqət deyilən zada daxili bir ikrah hissi yaradıb. Həqiqət havadan asılı qalıb.  O, bu mövcud vəziyyət qarşısında heç ayaqlarını torpağa basmaq istəmir. Bilir ki, ayaqlarını yerə basdığı andaca, həmin bu, tülkü rəfiqələri olan bicbalalar onu diri-diri torpağa göməcək...

 Ey adı möhtəşəm, özü çarə içində çarəsiz həqiqət, bəlkə də,sənin  ən ümdə arzun torpaqda olmaq, torpağa bağlı, torpağın övladlarının yanında dayanmaqdır. Sən- Ədalətin ilk göz ağı,ilk övladısan. Bəllidir ki, sənin qapıların açılmadan, atan - ədalət məzlumun arxasında təcəlla etməz. Sənin qapılarının açılması üçün, gərək öncə əllər açılsın. Əllər qapını döymədən içəridən hay gəlməz. Həqiqət qapısında boyun büküb dayanmaq deyil, əllərin gücü ilə içəri daxil olmağın vaxtıdır. Vaxt həqiqəti tapıb, ədalətə sığınmaq zamanıdır...


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
5+27=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0237 saniye