Həqiqətə, düz sözə nə deyəsən...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 13:34 31 may 2016 tarixində əlavə olunmuşdur

Həqiqətə,düz sözə nə deyəsən,
Həqiqəti görən gözlər bəsərdi.
İftiraya,yalanlara dözəsən,
Sözün düzü qılıncdan da kəsərdi.
***
Qınamayın,siz Allah,çaş-başları,
Yanaqlarda quruyub göz yaşları.
"Söz var idi kəsdirərdi başları,
Söz də vardı savaşları kəsərdi".
***
Söz mülkünün sultanı ol Füzuli,
Dərd əlindən dağa çıxdı gileyli.
Əsərləri bir-birindən dəyərli,
Hər söz üçün əsim-əsim əsərdi.
***
Vədə verdin,Mövlud,sənin adındı,
Söz ağızdan çıxdı,bil ki,yadındı.
Şirin dillə neçə könül alındı,
Mənalı söz bir dastandı,əsərdi

22.07.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
5+33=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0246 saniye