Həqiqətin sonuncu yalanı.
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 22:09 30 dekabr 2015 tarixində əlavə olunmuşdur

Əgər gəlsən, bahar fəsli kimi

Bəlkədə yazdım bir-iki misra

Əgər getsəm rahat ,vicdan ağrısı kimi

Varmı səbəb bir daha qayıtmağa.

Arzularım hələdə içdə dərində

Axtarsan tapada bilməzsən

Yorulsan qorxma ,əgər çətindirsə

Diqqətlə bax,tapacan gözlərimdə

Nəfəsim əgər hələdə gərəklidirsə

Hiss et küləklə dalğalanan ləpələri

Verərəm nəfəsimi,olmasa başqa nəyinsə

Narahat olma bir gün itirsən hissləri

Qoy sənlə mən yox ayla günəş barışsın

Qoy biz yox,dənizdəki sullar qarışsın

Qoy mən yox,saçlarına dəcəl küləklər yaraşsın

Qoy bizdən başqa bütün dünya bir-birinə alışsın

Ürək ağrıyır doğmaları itirində

Qəlb qocalır sevdiyini siləndə

Bitirəndə isə nifrətin çox olur

İllər keçdikdən sonra karmalar gəlir,

nifrət isə yox olur.

Günəşin faydası nə ?

Şüaları əgər isitmirsə

Səmanın xeyri nə?

Buludların arxasında gizlənirsə

Nəyə gərək axı yağışlar?

Varsa qoruyan çətirlər

Nəyə lazımdır sözlər

Əgər yazılmırsa mürəkkəb sətirlər.

Payız olmasa , gözlərin dolmayacaqdı

Sayılmazdı qəmli , nəğmələrdə

Olmazdı ağrılar ,dirilərdə yoluxmazdı

Bilinməzdi ağrıların izləri-cizgiləri.

Ümüdlər qalıb arxa planda, 

Sətirlər zəifləyir isitmədikdə. 

Həqiqəti tapdım sonuncu yalanda

Yalanı isə zəruriyyətlə itirdikdə.


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
9+3=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0277 saniye