Hər bir insanın tərtib etməsi lazım olan 7 siyahı
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 01:19 20 noyabr 2015 tarixində əlavə olunmuşdur

Həyatı nizama salmağın ən sadə və geniş yayılmış üsullarından biri siyahı tərtib etməkdir. Biz onlara o qədər öyrəşmişik ki, çox az insan onun nə qədər ali bəşəri ixtira olmasını ağlına gətirə bilər. Bu məqalədə biz onun nə olduğu və hər bir şüurlu şəxsin hansı siyahıları tutması lazım olduğu barədə söz açacağıq.

Əgər məndən siyahıların nə olduğu və qoyulmuş hədəflərə çatmaq üçün nə kimi əhəmiyyət daşımasını xarakterizə etməyimi istəsəydilər, mən onları pilləkanla müqayisə edərdim. Belə ki, bizim bütün hədəflərimiz müxtəlif hündürlük və çətinlikləri ifadə edir. Sıldırım yerlərə sürüşərək, gözlənilməz maneələrlə üz-üzə gələrək dik yamaclarla yuxarı qalxmaq mümkündür. Ancaq bir məqsəd pilləsindən digərinə inamlı şəkildə hərəkətə edərək siyahı pilləkanı ilə sakitcə qalxmaq da mümkündür.

Siyahılar bizə çətin işləri çoxlu xırda işlərə ayırmaq, irəliləyişin tərəqqisini izləmək və çəkilən zəhmətə dəyər vermək imkanı yaradır. Onlar bizi lazım olanı yaddan çıxartmağa qoymur və fərdi günü düzgün şəkildə təşkil etmək naminə bizim üçün şərait yaradır.

1. Kreativ fikirlər

Yaradıcılıq – spontan (öz-özünə əmələ gələn) prosesdir. Belə ki, onu normaya uyğun şəkildə çərçivəyə salmaq olduqca çətindir. Buna görə də dəyərli fikirlərin, original (əsl) tapıntıların və qeyri-adi düşüncələrin siyahısını yaratmaq beyninizə qərarlı şəkildə heç bir originallığın girmədiyi, lakin yaradılmasının zəruri olduğu vaxt sizin köməyinizə gələcəkdir.

2. Oxunulması lazım olan kitablar

Əgər növbəti kitabı oxuduqdan sonra hər dəfə sonrakı kitabı seçməkdə əziyyət çəkirsinizsə, o zaman mütaliə üçün xüsusi bir siyahı tərtib etməyin vaxtıdır. Siz ora dostlarınızın məsləhət gördüyü, bloqlarda oxuduğunuz, ya da sadəcə metroda yanınızda duran birisində gördüyünüz hər bir kitabı qeyd edəcəksiniz. Yeri gəlmişkən, bu siyahının yardımı ilə oxunulmuş nəşrlərin sayını dərhal qiymətləndirmək və onlardan ən faydalı fikirləri dərhal xatırlamaq mümkündür.

3. Maraqlı hadisələr

Ən dəhşətlisi budur ki, qarşılaşdığınız maraqlı yerlər, təəssüratlar və durumların siyahısını tərtib etmək istədiyinizdə birdən ayılırsınız ki, onu qətiyyən heç nə ilə doldura bilmirsiniz. Elə isə bu, həyata qarşı şəxsi yanaşmanızı gözdən keçirtmək və onu müəyyən məqsədə yönləndirmə şəklində maraqlı səhifələrlə doldurmağa başlamaq üçün əla fürsətdir.

4. Gündəlik vəzifələrin siyahısı

Bəli, bu darıxdırıcı və bayağıdır, lakin biz bu növ siyahıları gözdən qaçıra bilməzdik. Onlar sizə gündəlik ətalətin öhdəsindən daha yaxşı şəkildə gəlmək, hər şeyi çatdırmaq və heç vaxt heç yerə kecikməməyə yardım edəcək. Həm də iş gününün sonunda üzərindən səliqəli şəkildə xətt çəkilmiş vəzifələrin sırasına tamaşa etmək insana, sadəcə fövqəladə həzz verir.

5. Baxmaq üçün filmlərin siyahısı

Eynilə kitablar barəsində deyidiyi kimidir. Hal-hazırda filmlər elə bir sayda buraxılır ki, hər bir əhəmiyyətsiz şeyə vaxt itirmək yolverilməz israfçılıqdır. Yaxşıca düşünülmüş filmlərin siyahısı sizi təsadüfi seçimdən qoruyacaq və məhz elə bir filmi izləmək imkanı yaradacaqdır ki, sizin maraqlarınıza cavab verir.

6. İstəklərin siyahısı

Arzuların böhranı zarafat sayılmır. Əgər siz bir zaman sıxıntı hiss edib, heç nə istəmədiyinizi anlamısınızsa, həmin böhran məhz bu sayılır. Ona görə də şəxsi istəklərinizi sevmək, qorumaq və reallaşdırmaq lazımdır. Onların həyata keçməsi üçün onları ən azı 101 maddədən ibarət xüsusi siyahı şəklində qeyd etmək lazımdır.

7. Antisiyahı

Hər kəs öyrəşib ki, siyahıya yalnız yerinə yetirilməsi vacib olan vəzifələri yazmaq lazımdır. Amma bir sıra durumlarda görülməməsi gərəkən işləri yazmaq daha faydalıdır. Məsələn: Spirtli içkilər içməmək, yenidən siqaret çəkməmək, televizor qarşısında vaxt keçirməmək, yalan danışmamaq. Əgər bu qara siyahıda olanların heç birinə əməl etmədən bir gün keçirtdinsə, deməli, düzgün istiqamətdə hərəkət edirsən.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+29=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.028 saniye