Hər dərdə dözüm var, mənə qəm neyləyəcəkmiş...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 08:47 17 may 2015 tarixində əlavə olunmuşdur

Hər dərdə dözüm var, mənə qəm neyləyəcəkmiş?
Acizmi görüb, yoxsa kərəm eyləyəcəkmiş?

Sən dərdimə bax, mən kimə möhtac olacamsa,
Dərdim azalıb dərdimi kəm eyləyəcəkmiş.

Mən çəkdiyimi hansı günah sahibi çəksə,
Məndən də betər zülmü-sitəm eyləyəcəkmiş.

Alsın canını, çün buna layiqdi vəfasız,
Hər kim ki dönük əhdinə, çəm eyləyəcəkmiş.

Mövlud dözə bilməz səni əğyar ilə görsə,
Bil, görsə əgər ömrü ələm eyləyəcəkmiş

22.11.2014 / Zərdabi
Mövlud Ağamməd

 

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+13=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0517 saniye