Hər gecəmiz sabahlara bir ümid.....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 19:36 10 iyun 2015 tarixində əlavə olunmuşdur

Hər gecəmiz sabahlara bir ümid,
Hər keçən gün şirin xəyal deyilmi?
Dünya boyda bir ürəkdə döyünən
Bəzən sevinc,bəzən məlal deyilmi?

Dönüb hərdən boylanıram dünənə,
O günlərdən həsrət qalıb,yenə nə?
Nə söyləyim məndən üzü dönənə,
Gözlərimdə donan sual deyilmi?

Nə biləydim,kədər,sevinc qoşadır,
Ömür yolu qısa--gözdən qaşadır.
Həyat sərtdir,çətinliklər yaşadır,
Dərd gətirən,Mövlud,bu hal deyilmi?

2.12.2014 / Zərdab
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+34=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0327 saniye