Hər qəmin çarəsi var,sən özünə dərd eləmə,
Qönçeyi-çöhrəni məyus edərək zərd eləmə.
Çox gözəllər görmüşəm səntək olub,pərt eləmə.
Məni bundan sora, gül, sevmək üçün cəhd eləmə,
Çün deyiblər,bivəfa dilbər ilən əhd eləmə.
Sevdi Məcnun,Leyliçün əfğan edən qəlbi talan,
Oldu ondan ötrü kim halı zəban,çəkdi nalan,
Mən də səndən ötrü olmam özümüm dərdə salan.
Məni bundan sora, gül, sevmək üçün cəhd eləmə,
Çün deyiblər,bivəfa dilbər ilən əhd eləmə.
Olsa səndən çox olar,axtara gər,nazlı nigar,
Yoxdu səndən,yox olar səndən iraq çeşmi-xumar,
Gəl dedim,bir gecə mehman mənə olsan nə olar?
Məni bundan sora, gül, sevmək üçün cəhd eləmə,
Çün deyiblər,bivəfa dilbər ilən əhd eləmə.
Mövludam,bunca gözəllərlə sözüm-söhbətim var,
Kül olub yandım özüm,yanmaq üçün möhnətim var,
Bəlkə,səndən gözəlin sevmək olar,qismətim var.
Məni bundan sora, gül, sevmək üçün cəhd eləmə,
Çün deyiblər,bivəfa dilbər ilən əhd eləmə.
10.01.2015 / Zərdabi
Mövlud Ağamməd