İnsanlara ilk baxışdan düzgün qiymət vermək alınmır, əksər hallarda kiminsə haqqında reallıqdan uzaq bir fikirdə oluruq. Bu dəyərləndirmədə iki üsul var: birincisi hər şeyə sevgi ilə yanaşaraq, yaxşı düşünməklə, yalnız belə asanlıqıa səhv etməkdən qaça bilərsiz və ikincisi hər şeyə nifrətlə yanaşaraq, pis düşünməklə. Üç misal gətirib sizə situasiyanı izah edim. Məsələn, qısa geyinən qadını yoldan keçərkən görürsüz, ilk olaraq nə düşünəcəksiz ? Sevgi ilə yanaşsanız, düşünərsiz ki, bu qadın rahatlığa daha çox önəm verir və özünü bu geyimdə daha komfort, daha zövqlü hiss edir deyə belə geyinir. Əgər ikinci yol olan nifrətlə yanaşsanız, ilk ağıla gələn şey onun əxlaqsız olduğu düşüncə ola bilər. Təbii ki, o qadını görüb ehtiraslana bilərsiz, bu tam normaldır və əgər ehtiraslanırsızsa, bu hələ o demək deyil ki, qadın əxlaqsızdır. Həddindən artıq ehtiraslanırsızsa problem sizin özünüzdə, sizin seks həyatınızdadır, qadında deyil. Mən birinci yolu məsləhət görürəm, çünki istəməzdim nə vaxtsa mənim yanımdakı qız “yüngül “ geyinəndə kim isə ona əxlaqsız gözü ilə baxsın, çünki reallıq başqa cürə ola bilər. Bəli, belələrinə sevgi ilə, yaxşı yöndə baxmaq lazımdır. Əgər düşünsəz ki, qadın bunu rahatlıq məqsədiylə edir, onda belə geyinən süni qadınların sayı da azalar, nə qədər ki, belələrinə pis gözlə baxacaqsız, o qədər çox süni insan olacaq, bunun pis tərəflərindən biri odur ki, belə qısa geyinənlər sizin neqativinizə qarşı neqativ cavab olaraq elə də geyinəcəklər, ikinci pis tərəfi odur ki, istədiyi kimi geyinənlərin sayı az olacaq, təbii insanlar azalacaq, çünki onlar ətraf qınaqdan qorxacaqlar, nə qədər qadın yayın 40+ dərəcə istisində cəmiyyət pis baxmasın deyə istədiyi kimi sərin və rahat geyinə bilmir, onları nəzərə alın. Etibar eləmək lazımdır, bu insanların təbiiliyinə etibar eləmək lazımdır, əgər o həqiqətən təbiidirsə, bunu sizə doğruldacaq, əgər sünidirsə, bu sünilik gec-tez üzə çıxacaq, sevin, sevgiylə yanaşın, pozitiv olun həyatda, yüngül geyinənlərə əxlaqsız gözüylə deyil, rahat geyinən gözüylə baxın, təbii baxın buna. Bəli, elələri var, həm də çox, göstəri üçün, natamamlıq, özünəgüvənlik kompleksini doldurmaq məqsədiylə, sırf diqqəti cəlb etməkçün, fərqli görünmək üçün belə geyinən insanlar var, onlar sünidirlər, özləri deyillər, belələrinə əxlaqsız adını da yaraşdırmaq olar, amma bir nyuans. Təbii olanlar necə olsun bəs ? Kənardan baxanda onları seçmək çox çətindir, demək olar mümkünsüzdür, ona görə bütün açıq-saçıq geyinənlərə pis baxsaq, içlərində təbii insanlar da gedəcək.
İkinci misal olaraq özümü göstərə bilərəm. Bilirsiz, insanlara sevgini göstərəndə onların içində olan pisliklər daha tez ortaya çıxır, nəinki nifrəti göstərəndə. Öz-özlüyümdə də bunun şahidi olmuşam, ətrafımdakı əksər insanlar haqqımda səhv düşüncədədirlər, çünki onlar nifrət yolunu seçmişdilər və vəziyyət hələ də o yerdə qalıb, hələ də mən haqda səhv və pis düşüncədədirlər, süni olduğumu deyirlər, amma gəlin əks situasiyanı araşdıraq. Kimlər ki, mənə sevgi ilə yanaşırdı, məndəki xüsusiyyətləri təbii olaraq qəbul etməyə çalışırdı, atdığım addımları, davranışlarımı yaxşı yerə yozurdu, mən zaman keçdikcə bu yaxşı düşüncələri o insanlarda doğrultdum.
Gəlin üçüncü misalı gətirim. Siz bir qadınla sevgilisiz ya elə bir şey. Sevgiliniz xəyanətə meyllidir. Əgər siz onu sıxsanız, xəyanətə gətirəcək şəraitlərdən qaçsanız çox güman ki, sevgilinizin xəyanətini heç vaxt müşahidə etməyəcəksiz. Yox, demirəm ki, kim sevgilisini çox sıxsa o heç vaxt xəyanət etməyəcək, əksinə, sevgiliniz zamanla sizin xasiyyətinizi öyrənəcək, o professionallaşacaq və elə xəyanətlər edəcək ki, sizin heç xəbəriniz olmayacaq. Və bunların üstü çox gec açılacaq. Yox, əgər etibar etsəniz, boş buraxsanız, o dərhal xəyanətə başlayacaq və siz daha tez tutacaqsız bu xəyanətləri. Beləcə çox misal gətirmək olar, əsas məzmun ondadır ki, etibar etməyi bacarın və hər şeyi sevgiylə qarşılayın, yaxşı yerə yozun, beləcə reallıq daha tez üzə çıxacaq. Sonuçda bunu deyim : HƏR ŞEY KƏNARDAN GÖRÜNDÜYÜ KİMİ DEYİL