Vüsal Rəşidin vəziyyətinə dözməyib nəhayətində özünü qapı önündə gördü. Əlini uzadıb barmağını zəngə qoydu. Az sonra qapı açıldı. Ağlamaqdan gözləri qıpqırmızı olan evin sahibəsi oğlunun ziyarətçisini görcək özünü təbəssümə zorladı.
Vüsal dəstəyi burub qapını açdı. İçəridə ölüm səssizliyi hökm sürürdü. Bu otağın sakini əlil arabasına "məhkum" olan Rəşid gözlərini bir nöqtəyə qətiliklə kilidləyərək özünü yaşadığı dünyadan təcrid etməkdən qərarlı idi. Üzünün heç bir əzələsi tərpənmirdi. Göz bəbəklərinin hərəkətini sezmək mümkun deyildi. Nəfəsini tutaraq "intihar"a doğru addımını atırdı.
Kənardan izləyici rolunu oynayan Vüsal yumruqlarını sıxıb özünü zorla tutub saxlayırdı. Eynəyini rahatladıb stulu götürüb Rəşidin qarşısına əyləşdi. Dizlərinə dirsəklənib olan-bitən hər şeyi bir daha yaddaşında vərəqləməğə başladı.
Rəşidin uşaqlıqdan rəqsə qarşı xüsusi marağı vardı. Evdə radioda musiqi səslənən zaman güzgü qarşısına keçib rəqs edirdi. Müxtəlif rəqslərin qarışığından istifadə edərək özünəməxsus sərbəst rəqs növünü icra edirdi. Valideynləri onu peşəkar rəqs kursuna yazdıraraq içindəki sevgini öldürmürdülər. Getdikcə həvəskarlıqdan çıxıb peşəkarlığa doğru addımlamağa başladı. Səfərlə Həsən tələbələri ilə qürur hissi keçirirdilər. İstər respublika, istər ölkə xaricində təşkil olunan yarışlarda hər zaman müvəffəqiyyət qazanaraq sevindirməyi bacarırdı. Amma bunun mənfi tərəfi də vardı. Universitetə girən zamandan bəri dərslərində axsamalar müşahidə olunurdu açıq-aşkar. Düzünə qalsa, heç maraq da göstərmirdi. Necə deyərlər, "dədəsinin pulu" ilə hər şey yoluna girirdi.
Ecazkar İtaliyada təşkil olunan beynəlxalq yarışa az qalırdı. Qədim Romanı gəzməkdən yorulmaq nədir bilmirdi. Yeddi təpə üzərində yerləşən şəhərin məşhur və qədim Amfiteatrına valehliyini gizlədə bilmirdi.
Partnyoru Sevil eyni zamanda sevgilisi idi. Vətənə əlbəttə ki mükafatsız qayıtmadı bu cütlük. KİV onlardan yazdıqları müddət ərzində lənətəgəlmiş maşın qəzası hər şeyi yerli-dibli məhv elədi. Sevilin həyatını xilas etmək mümkun olmadı. Amma tale Rəşidə başqa həyat bəxş etdi.
Rəşidin göz qapaqlarını aralamaq cəhdləri iflasa uğrayırdı hər dəfəsində. Bir-birlərinə sıxlaşmış kirpiklər də sanki köməkləşib ona daha bir əngəl törədirdilər.
Barmaqlarına güc verib tərpətməyə çalışdı...
Sevili ölümü bir tərəfdən, özünün heç vaxt yürüməyəcəyi faktını qəbul etmək istəmirdi. Özünü "yaşayan ölü", "ruhsuz bədən" sayırdı. Valideynləri yeganə övladlarını həyata qaytarmaq üçün dərindən-qabıqdan çıxırdılar, amma heyhat, bütün səylər nəticəsiz qalırdı sonda. Atasının bankda iş prosesi ərəfəsində gözləri anidən dolurdu, işçi heyəti nə edəcəkləri, necə təsəlli verəcəklərini bilmirdirlər, çarəsizcə izləməkdən başqa əllərindən heç nə gəlmirdi. Anası onun sevdiyi yeməklərdən bişirirdi, amma Rəşid quru dodaqlarını bir-birinə sıx qapadaraq yeməkdən imtina edirdi. Axırda boşqabları yerə çırpıb dizləri üstə çökərək hönkürtü ilə ağlayan anasına bomboş gözlərlə tamaşa edirdi, qeyri-ixtiyari əlni uzadıb anasının saçlarına anilik sığal çəkirdi, qəfildən dayanırdı.
Artıq 5 aydan çox vaxt ötürdü. Tanış-bilişdən, qohum-əqrəbadan şou göstərmək məqsədilə kimsə öz ziyarətini təşkil edərək saxta maskalarını taxırdılar. Amma evdən çıxan kimi o dəqiqə "vay, yazıq", "heyif, çox heyif" kimi etiraflarını digərlərinə ismarıc olaraq göndərməkləri təbii hal sayılırdı öz aləmlərində.
Vüsal gənc jurnalist idi. Rəşidi uşaqlıqdan tanıyırdı. Eyni məhəllə mühitində böyümüşdülər. Onların dost olduqlarını demək olmazdı. Heç düşmən də sayılmırdılar. Bir-birlərinə zidd xarakterləri ilə seçilirdilər.
Rəşidin durumunda heç bir dəyişiklik yox idi. Yox, əslində anidən ortaya çıxan aqressiv münasibətini saymaq lazımdır. Valideynləri onunla söhbət edərkən hər nə qədər susqun olmağa çalışırdısa, partlayış törədərək səsini qaldırırdı, arabasını sürdürərək otağına kilidlənib əlinə keçəni divara çırpırdı. Əgər bunu "irəliləyiş" saymaq olardısa...Gecələri yatmaq əvəzinə gözlərini tavana zilləyirdi. Az da yemək yeməsinin nəticəsi kimi boğazında tıxacda ilişib qalırdı. Onu konkret olaraq heç nə maraqlandırmırdı. Arabir intihar etmək keçirdi beynində. Nə idi onu saxlayan, düzü özü də bilmirdi.
-Rəşid...-Vüsal sözə başladı.-Bax,belə olmaz.
Rəşid sanki Vüsalı görmürdü, eşitmirdi. Vüsal bir əlini yumruqlayıb digər əlinə vurdu. Bir dəfə, iki dəfə, üç dəfə. Lənət! Ayağa qalxıb yumruğunu divara vurdu.
-Yetər! Daha sənin istəklərinlə hesablaşmayacağam!-qətiliklə bildirib alnını divara söykədi.
Anidən, heç gözlənilmədən Rəşidin gözləri Vüsala istiqamət aldı. Əlində tutduğu kiçik topu buraxıb arabasını sürdürməyə başladı. Vüsal cəld onun qarşısını kəsib əllərini arabaya qoyub əyildi və Rəşidin gözlərinin içinə baxmağa başladı.
-Səninlə başqa cür rəftar etmək lazımdır, Rəşid, adama başqa yol buraxmırsan!-deyib cəld arabanın arxasına keçdi və sürdürməyə başladı.
Anası tələsik gödəkçəni oğlunun qucağına buraxıb sevinclə göz yaşlarını silməyə başladı. Vüsala təşəkkür dolu baxışlarla baxıb ümidlənməyə başlanmışdı.
-Səni dinləmək dövrü artıq geridə qaldı,-deyib evdən çıxartdı.
Qışın soyuq nəfəsi məhəlləni çılpaqlaşdırmışdı rəsmən. Geniş küçəyə çıxıb insanların arasına çıxdılar. Onların baxışlarından söz etməyə ehtiyac yoxdur, bilən bilir onsuz da. Onlara dilənçi, xəstə kimi baxmaqdan işləri-gücəri olmayan bir qrup insanlar cüzamdan qaçırmış kimi qaçırdılar.
-Mən gedim qəzet alım, oxuyaq bir yerdə,-deyib yaxınlıqdakı köşkə yaxınlaşdı.
"Cavan, yaraşıqlı uşaqdır, amma əlildir, bəlkə xəstədir, yazıqdır, heyif ondan" və s. və i.a. tipli sözlər ona uzaqdan da olsa gəlib çatırdı. Yavaş-yavaş qış yuxusundan ayılırdı. Gözlərindəki dəhşət böyüyürdü. Qapadılmış beyni açılmağa başlayırdı. Ətrafa nəzər saldı. "Bu mənəm yəni? Mən?"-özünü soğru-sual edirdi, amma cavab ala bilmirdi.
Vüsal qəzet alıb köşkdən qayıtdı.
-Getdik!-deyib arabanı sürdürməyə başladı.
Yaxınlıqdakı skamyaya yaxınlaşanda 2 nəfər gənc qızlar tələsik ayağa qalxb aralandılar. Vüsal əsəblə başını bulayıb əyləşdi.
-Hər şey sənin beynindədir, Rəşid. Yalnız sən dağıda bilərsən bu tip baxışları...