Hərb və Sülh romanından seçmələr
Aytac Əhmədova tərəfindən "Digər yazılar" bolməsinə 22:31 29 yanvar 2015 tarixində əlavə olunmuşdur

Rus yazıçısı Lev Tolstoyun ən gözəl əsərlərindən biri Hərb və Sülh romanıdır. Əsər 1812-ci il rus-fransız müharibəsindən danışılır. Tarixi janrda yazılmış əsərlər sırasına aid edilmişdir. Həmçinin bu əsər insanların çox oxuduğunu iddia etdiyi romanlardan biridir. Həqiqətəndə oxumamaq  oxuyubda bəyənməmək olmaz məncə. Zövq aldığım kitablardan biridir. Romandan seçdiyim cümlələri isə  sizlərlə paylaşıram; 

• İnsanın pis əməlləri üçün iki mənbə vardır: bekarçılıq və mövhumat. Yaxşı əməlləri üçün də iki mənbə vardır: fəaliyyət və ağıl. 

• Sanki insanlar öz ilahi xilaskarlarının bir-birinizi sevin və əfv edin deyə təlim etdiyi qanunları unutmuşlar və sanki bəşəriyyət başlıca vəzifəsini bir-birini öldürməkdə görür.

• Biz insanları onların bizə etdikləri yaxşılıqdan çox‚ bizim onlara etdiyimiz yaxşılıq üçün sevirik.

• Əbədiyyətə nisbətən insanın həyatı bir saniyə ikən‚ əzab çəkməyə dəyərmi? 

• Ancaq axmaq adamlar öz bəxtlərini qumarda sınaya bilərlər.

• Hansı şey ədalətlidir‚ hansı şey ədalətdən kənardır bunu təyin etmək insanların işi deyil. İnsanlar həmişə daha çox hansı şey ədalətlidir‚  hansı şey ədalətdən kənardır məsələsi üstündə yanılmışlar və yenə də yanılacaqlar.

• Öz-özünü dərk etmək‚ zira insan öz-özünü ancaq başqası ilə müqayisədə dərk də bilər.

• Mənim dilim mənim düşmənimdir.

• Həyata işığı gətirən insandır‚ insan zülmət içində parıldayır‚ zülmət də onu məhv edə bilmir.

• Bədbəxtlik Allahdan gəlir‚ insanlar heç vaxt təqsirkar olmurlar.

• Nə qədər ki‚ insan ölümdən qorxur‚ o heç bir şey əldə edə bilməz. Kim ki‚ ölümdən qorxmur hər şey onundur. Əzab və iztirab olmasaydı insan öz hüdudunu bilməzdi‚ öz-özünü tanımazdı.

• Məhkəmə olan yerdə ədalətsizik olar. 

• İnsanın baxtı balıq toru kimidir‚ suya atırsan dolur‚ çəkirsən bomboş.

• Hərəkət də olan adam həmişə öz hərəkətinə bir məqsəd düşünür.

• İnsanın ağlı hadisələrin səbəblərini dərk edə bilməz‚ lakin bu səbəbləri axtarmaq ehtiyacı insanın qəlbinə daxil edilmişdir.

• Sağ qalan adamın günahı ölən adamın qarşısında daha dəhşətli olur. 

• Böyüklüklə gülünclük arasında ancaq bir addım məsafə vardır.

• Təmiz və tam bir sevinc olmadığı kimi‚ təmiz və tam bir kədər də yoxdur.

• İnsan xöşbəxtlik üçün yaranmışdır. Xöşbəxtlik insanın özündədir. Təbii insani ehtiyacları təmin etməkdədir və bütün fəlakətlər kasıblıqdan yox‚ israfçılıqdan əmələ gəlir.

• Lakey üçün böyük şəxsiyyət yoxdur‚ çünki xidmətçi böyüklüyü öz arşını ilə ölçür.

• İnsan öz-özünü dərk etməmiş nə müşahidə edə bilər‚ nə də ağıl işlədə bilər.

• Hər bir hərəkətdə biz müəyyən dərəcədə azadlıq və müəyyən dərəcədə zərurət görürük. Həmişə də bir hadisədə çox azadlıq gördükdə az zərurət görürük‚ az azadlıq gördükdə isə çox zərurət görürük.

• Azad olmayan şey məhdud da ola bilməz.

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+12=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0223 saniye