Hərdən yeri var, məclisi-meyxanədə, gəlsən...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 16:50 15 iyul 2015 tarixində əlavə olunmuşdur

Hərdən yeri var,məclisi-meyxanədə,gəlsən.....
Müəllif: Movlud Aqammed |

Hərdən yeri var məclisi-meyxanədə, gəlsən,
Dərdin ola qəm çəkməyə qəmxanədə, gəlsən.
***
Doldur camı,ver badəni sərməst olalım biz,
Hər yan nura qərq rövzeyi-rizvanədə,gəlsən.
***
Möhnət çəkə,əfğan edə aşiq gecə-gündüz,
Zənn et özünü külbeyi-əhzanədə,gəlsən.
***
Sən çəkdiyinin heç yarısın çəkmədi Məcnun,
Dərdin davasın gər bilə Mövlanədə gəlsən.
***
Mövlud uyuyur,dərdləri yatmaz da oyaqdır,
Sonsuzdu axan qəm seli ümmanədə,gəlsən.

21.12.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0788 saniye