HƏRƏ BİR CÜR BAŞ GİRLƏYİR...
Hərə bir cür baş girləyir,
Kimi sola,kimi sağa.
Qorunmağa yer də yoxdur,
Birdən yağış,ya qar yağa.
***
Biri zəhmət çəkir,əli
Qabarlıdır iş görəli.
Biri bilmir ki,"Füzuli
Dərd əlindən çıxıb dağa".
***
Birisinin kefi sazdır,
Hey qazanır,yenə azdır,
Birisinə qış da yazdır-
Onun üçün yox qadağa.
***
Allah özü rəhimlidir,
Hər bəndəyə sevimlidir.
Mövlud,demə zəhimlidir
Qiyamətdir,gəl qabağa.
7.06.2013.Zərdabi.(Mövlud Ağamməd)